26. Bölüm

17 2 0
                                    

Bir zamanlar dərdin nə demək olduğunu anlamazdım, bir zamanlar sevginin nə olduğunu anlamazdım.
Hər şey bir yerə qədər imiş: Səni tanıyana kimi!
Və heç bir şey bir daha əvvəlki kimi olmadı. Nə dərdim, nə sevgim mənə səni geri qaytarmadı. Dərdim də, sevgim də qaldı, bircə sən getdin. Söylə mənə, çarəsizcə "Geri dön..." desəm, fısıldasam əsən küləklə sevgi sözlərimi, geri dönərsənmi?
 


Bəzən gecənin bir yarısı zülmət qaranlıqda ölüm kimi səssizlik çökən saatlarda qəribə bir sıxıntı gələr ürəyinə. Elə bir sıxıntı ki səbəbi olmadan qəlbini narahat etməyə davam edər. Nəfəs almaq çətinləşər, hər dəqiqə zindan olar sənə.
Yatmaq, yataraq qurtulmaq istəyərsən, amma gözünə bir damcı yuxu getməz. Səbəbsiz narahat olmağa başlayarsan, qəlbinin titrəməsi oyadar səni bütün yuxulardan.

Otağıma dolan bəyaz ay işığının işıqlandırdığı yatağımdan ürəyimdəki dəhşətli sıxıntı ilə qalxdım. Əllərim qeyri-ixtiyarı ürəyimin üstünə getdi. Ətrafa göz gəzdirdim: hələ də gecə idi. Çox gec olduğunu bilirdim, amma yenə də saata baxmaq gərəyi hiss etdim.
Gözlərim yavaş-yavaş saata doğru yol alarkən bədənimdən qəribə ürpərti keçdi. Sanki... Yox, səbəbini bilmirəm, sadəcə pis hiss etdim ya da dilimə gətirmək istəmədim. Çünki biz insanıq, çünki biz ürəyimizə daman, haqqında pis hiss etdiyimiz şeyləri dilə gətirməyi sevmərik. Bizə öyrədilən də bundan ibarət idi.

Araz...

Adının ağlıma gəlməsi ilə ürəyim əsməyə başladı. Niyə gecənin bir saatında birdən-birə yuxudan ayılıb onu xatırladım?
Bir səbəbi olmalı idi.

Ona zəng etmək, onunla danışmaq istədim, amma bu mümkün deyildi. Atamın mənə verdiyi cəza davam edirdi, daha nə qədər davam edəcəyini bilmədən. Amma indi ürəyimdəki bu hisslə sakitcə oturub gözləyə bilməzdim. Keçməyəcəkdi... bilirdim! Ona görə də necə olursa olsun Arazı görməli idim.
Çıxış yolları axtararkən baxışlarım eyvana sataşdı. Və yenə onu xatırladım. O olmasaydı heç vaxt buna cəsarət edə bilməzdim. O, mənə mənim içimdəki gizlənən qızcığazı göstərdi. Bəlkə də fərqində deyildi, amma ona olan sevgim mənə mənim gücümü göstərdi. Onun üçün nələr edə biləcəyimi, nələrdən imtina edə biləcəyimi, nələrə tab gətirə biləcəyimi öyrətdi.

Qaranlıqda küçə biraz qorxuducu görünsə də sakitlik idi. Bu saatda çölə çıxsam heç nə olmazdı. Gecənin bir qaranlığında kim neyləsin küçə-küçə gəzməyi?

On dəqiqəlik eyvandan enmə mərasimindən sonra ayaqlarım torpaqla qovuşanda özümdən məmnunluqla gülümsədim.
Araz olmasaydı heç vaxt bu eyvandan enmə cəsarətinə sahib ola bilməyəcəkdim. Hətta ümumiyyətlə eyvanıma o gözlə baxmayacaqdım. Mənim üçün hər zaman adi bir eyvan olaraq qalacaqdı və mən heç nəyi cəsarət edə bilməyən, kiçik çılğınlıqları olmadan bütün ciddiyətimlə özümü ağır apararaq həyatın bütün gözəlliklərindən məhrum qalacaq və zamanla digərləri kimi yaşlanacaqdım. Lakin indi qocalanda xatırlamağa dəyər nələrimsə olacaq. Üzümü şirin təbəssümlə bəzəyə biləcək xatirələr...

Ətrafa baxdım: qaranlıqda sonu görünməyən küçə ürküdücü idi, amma bir o qədər də sakitləşdirici. Ən azından mənə mənim evimin içindən daha sakit aura vermişdi. Çünki o evdə atam var idi. Atam... Ona "atam" deməyə haqqım vardımı, bilmirəm.

Dərindən nəfəs alıb sanki dərdlərimi o nəfəslə havaya göndərəcəkmiş kimi nəfəsimi geri verdim. Daha nə qədər davam edəcək bütün bunlar, ata? Daha nə qədər sənə hər "ata" deyəndə ürəyimdə bir sızıltı səni mənə yad edəcək?
Uşaqlığımı xatırladım. Bəlkə də elə o zamanlardan soyuq imiş bizə qarşı. Heç zaman övladı kimi görə bilmədi bizi. İndi isə ümumiyyətlə biz onu maraqlandırmırdıq.

Você leu todos os capítulos publicados.

⏰ Última atualização: Apr 26, 2018 ⏰

Adicione esta história à sua Biblioteca e seja notificado quando novos capítulos chegarem!

Unutsam xatırlatOnde histórias criam vida. Descubra agora