23.Bölüm

13 2 0
                                    

4 il sonra

Səni sevirəm... Deməyə əsla cəsarət edə bilmədiyim zamanlar üçün həsrət duyuram. O zamanlar sənə bu sözləri deyə bilsəydim sonu dəyişdirə bilərdimmi?

Dünya dönməyə davam edirdi, amma mənim dünyam illər öncə durmuşdu. Bir dəniz kənarında ləpələr gedib-gələrkən, qağayılar sahildə sağa-sola gəzişərkən, oralarda bir yerlərdə insanlar xoşbəxt ikən mənim dünyam bir dəniz sahilində dönməkdən imtina etmişdi.

- Buralara qədər gələ bilmək müalicəndə irəlilədiyin mənasına gəlir,- dedi Vüsal.

- Hə, amma müalicədən əvvəl də arada gəlirdim bura,- dedim həvəssiz səslə. Sanki burda olsam da həm də burda deyildim. Ruhum hardasa başqa yerlərdə idi.

Külək saçlarımı darayarkən dənizi izləyirdim. Sanki o heç dəyişməmişdi. Yenə əvvəlki kimi idi.

- Dənizə nifrət edirəm,- dedim.

Üzümü başqa yönə çevirib uzaqlara baxdım. Dənizdən başqa hər yerə...

- Dəniz sənsən.

- Mən dəniz deyiləm!,- dedim qətiyyətlə. Əsəbləşmişdim,- Bu axmaq dənizlə mənim aramda fərq çoxdur! Mən əsla dəniz ola bilmərəm!

- Heç düşündünmü niyə Ares dənizi seçdi?

Mənim əksimə Vüsal olduqca sakit idi. Deyəsən psixoloqların aurası bu idi.

- Araz dənizi sevirdi. Bunu bir dəfə mənə demişdi.

- Axmaqsan.

- N..necə? Başa düşmədim?!

4 il öncə

O söhbətin üstündən bir həftə keçmişdi. Atam mənim üçün, Sara Araz üçün problemlər yaratsa da bir müddət sonra bundan bezib əlçəkdilər. İndi ikimiz də rahat idik, amma mən yenə də xoşbəxt hiss eləmirdim. Sanki həyatımda tamamlanmayan nə isə var idi və mən onun nə olduğunu çox yaxşı bilirdim.
Aradan keçən bir həftə ərzində Arazla görüşməmişdim. Çünki atam mənə evdən çölə çıxmamaq cəzası vermişdi. Araz da arada telefona mesaj yazıb göndərir vəziyyəti soruşurdu. Başqa heç nə.

Qapı döyüləndə gələnin kim olduğu artıq bəlli idi. Tez qapını açıb bacımın boynuna atıldım. Onun üçün çox darıxmışdım.

- Necəsən?,- deyən bacımın üzü gülürdü.

Deyəsən o, da çox darıxmışdı.

Atam divanda əyləşmiş televizora baxırdı. Bacımı görüb gülümsədi. Hər ikisi bir-biri görüşüb ayaqüstü hal-əhval tutduqdan sonra bacım yanıma gəlib yavaşca dedi:

- Eşitdim Vaqifnən, oğlundan canını qurtarmısan.

- Hə, Arazın sayəsində.

Adını çəkəndə belə ürəyim titrəyirdi.

- Həyatını qurtardığı üçün ona minnətdar olmalısan. Yoxsa sənin də sonun mənimki kimi ola bilərdi.

Unutsam xatırlatDonde viven las historias. Descúbrelo ahora