17.Bölüm

19 2 0
                                    

" Səni unutmayım deyə xatirələrimi qucaqlayıb, onlara sarıldım. Hərkəs unut dedi, amma mən hərkəsə inad səni daha çox sevdim.
İndi söylə mənə, səni məndən daha çox sevənin oldumu? Sənin hər cizgini unutmamaq üçün sənə saatlarla gizlin baxanın oldumu? Və bir də... Səni baxışlarından öpənin oldumu?"

...4 il öncə...

Gecə yarısını keçsə də gözümə yuxu getmirdi. Arazın dərdi dərdim olmuşdu. Ona qarşı niyə belə hiss etdiyimi bilmirdim. Bəlkə də sevginin doğru-düzgün açıqlaması olmadığı üçün tutarlı səbəb gətirə bilmirdim, lakin qəlbimin bir yerlərində hiss edirdim ki, o, həyatımdakı doğru adamdır. Ondan başqası ola bilməz.

Telefonumu əlimə alıb saata baxdım: 03:25. Bəlkə də indi o yatıb. Yatdığını düşünsəm də ona ismarış yazdım.

Kimə: Ares
" Oyaq deyilsən yəqinki "

Mesajı göndərib telefonu yatağımın kənarına qoydum. Cavab gəlməsinə dair içimdə bir ümid yox idi. Sadəcə şansımı yoxlamaq istəmişdim. Lakin telefonumun bildirim gəldiyini göstərən hissəsində qırmızı işıq yanıb sönməyə başlayanda ürəyim həyəcanla döyünməyə başladı. Görən onu narahat etmirdim ki...

Göndərən: Ares
" Yuxum gəlmir "

Gülümsəmək istədim, amma gülə bilmədim. Çünki danışmaq istədiyim mövzu sevgi deyildi, onun xəstəliyi idi.

Kimə: Ares
" Danışmaq, yəni söhbət etmək istəyirsən? Əlbəttə, əgər belə fikrin yoxdursa səni narahat etmək istəmərəm. "

Mesajı göndərdikdən sonra bu axmaq söz yığınını yazdığıma peşman olmuşdum. Daha məntiqli cümlə yaza bilərdim.
Mesaja cavab yazmaq əvəzinə zəng edən Araz məni bir daha təəccübləndirmişdi.

- Alo?,- yavaş səslə danışdım. Atamın səsimə oyanıb bizi telefonla danışan yerdə tutmasını istəməzdim.

- Danış...,- dedi yorğun səslə.

- Deyəsən yorğunsan, əgər mane oluramsa sağ ollaşa bilərik.

- Dəniz, mənə mane olsaydın sənə zəng etməzdim,- dedi nəzakətli səs tonu ilə.

Gülümsədim. Mənimlə ilk dəfə idi ki, bu qədər rahat danışırdı.

- Düzü, nə danışacağımı o qədər də bilmirəm. Sadəcə səsini eşitmək istədim.

Dediyim sözün fərqinə varan kimi başıma yumruq vurub üzümü turşutdum. Özümdə bilmədən ağzımdan qaçırmışdım bu sözləri və utandığımdan qıpqırmızı olduğuma əmin idim.

- Bu vaxta qədər yatmamısansa, deməli, hər şeyi bilirsən, yəni xəstəliyimi nəzərdə tuturam.

Ürəyimdəki ağrı baş qaldırdı o dəqiqə. Demək o da bilirdi onun xəstəliyini araşdıracağımı.

- Bağışla... Səndən izn almadan haqqında nəsə öyrənməyə çalışdım.

- Dəniz...,- o qədər yavaş səsləndi ki, bunun hətta fısıltı olduğunu da iddia edə bilərdim. Amma bir yandan da o qədər çarəsiz səsləniş idi ki, ürəyimin ağrısı daha da artmışdı.

Unutsam xatırlatDonde viven las historias. Descúbrelo ahora