" Ən acısı nədir bilirsənmi?... Sən gedərkən sənə əlvida deyə bilməmək, son dəfə qollarımı boynuna dolayıb qoxunu içimə çəkə bilməmək və bütün bunlardan daha əzablısı nədir bilirsənmi? Ən əzablısı odur ki, sən gedərkən sənə son dəfə "Səni sevirəm" deyə bilmədim. Çünki sən gedərkən sıradan günlərdən biri idi. Yenə yağış yağır, yenə ətrafı səssizlik bürüyür və yenə küçədə əlində çətir tutan insanlar gəzişirdi..."
Zamanla mənim qədər problemi olan adam varmı bilmirəm. Mənə elə gəlir ki, o vaxtlar əleyhimə işləyən zaman indi dayanıb. Nə iləri gedir, nə də geri. Düzü, geri getsə təkrar o əzabı yaşamaq istərdimmi bilmirəm. İrəli getsə məni nələr gözləyir onu da bilmirəm. Mən sadəcə iki zaman arasında ilişib qalmış insanam, iki dünya arasında ilişib qalan ruhlar kimi.
- Ana, çay içəcəm, sənə də süzüm?
Qonaq otağının qapısından boylanaraq anama baxdım. Kiminləsə telefonla danışırdı, məni görən kimi tez telefonu söndürüb gizlətməyə çalışdı. Kiminlə danışdığını soruşmaq istəsəm də özümü görməzliyə vurub bir daha dedim:
- Çay içəcəksən?
- Hə, içərəm,- səsi həyəcanlı və titrək idi. Bu da məndən nəysə gizlətdiyinin bariz nümunəsi idi.
Bir şey deməyib mətbəxə keçdim. Fincanlara çay süzərkən yenə onu düşünməyə başladım. Görəsən onu düşünmədiyim bir an var idimi?
Yadıma düşən kiçik xatirə ilə gülümsədim." - Araz, çay içirsən?
- Kofe yoxdu?
- Yox, çay var.
- Yaxşı, onda çay süz. Görək çay dəmləməyi bacarırsan.
Gülərək Arazın yanına gəlib çiyninə vurdum.
- Ey! Sən elə bilirsən mən heç nə bacarmıram?
- Elə bilmirəm, bu elə belədiki var.
Düşündüm. Düzü dedikləri səhv deyildi, amma mənə lağ etməyə bilərdi. Ən azından əsəbləşdirməmək üçün.
- Yaxşı, yaxşı. Qaşlarını çatma.
Gülümsəyib məni qucaqlayanda yenidən gülümsədim, amma ürəyim yenə həyəcanla döyünürdü. Hər zamanki kimi...
Qollarımla onu yavaşca itələyib yana çəkildim, iki fincan götürüb çaydandan çay süzməyə başladım.
Mən bütün bunları edərkən o, səssizcə məni izləyirdi. Çayı masanın üzərinə qoyub əyləşdim. Araz çayını əlinə alıb içməyə başlayarkən birdən əlləri ilə ağzını tutub qızarmağa başladı. Onun bu halına gülərkən o, mənə baxır, bir yandan da əlləri ilə ağzını tuturdu.- Dilim yandı.
O qədər çətinliklə danışmışdı ki, daha çox gülməyə başlamışdım. O, nələrsə danışıb mənə baxarkən mən onu dinləmədən dua edirdim: Allahım, nə olar bu anımızı əbədi elə. Onu mənə çox görmə. Bütün həyatım boyunca yorulmadan sevə biləcəyim bu adamı qurtar, Allahım. Onsuz nəfəs ala bilmərəm..."
Gözlərim dolarkən əllərimlə tez göz yaşlarımı silib yenidən gülümsədim. O zaman o, o qədər şirin idi ki... Təəsüf.
Fincanı əlimə alıb birini anama doğru uzadıb divanda əyləşdim. İkimizdə səssizcə çayımızı içərkən bayaq telefonu gizlətməyini xatırlayıb soruşdum.
ESTÁS LEYENDO
Unutsam xatırlat
Romance"O, şimal və cənub qütbü qədər, isti və soyuq qədər fərqli idi. O, özün-özündən saniyələr ərzində fərqlənirdi. Sevdiyim adamın fərqliliyi məni ondan ayırmağı bacarmadı. Yanında qaldım və mübarizə apardım". Atası və anası ilə bir evdə yaşayan Dəniz a...