9.Bölüm

27 5 2
                                    

Öncəliklə hər kəsə salam. Hekayənin yazarı olaraq sizlərdən ricam hekayəni oxuyursunuzsa rəy bildirməyi və VOTE verməyi unutmayın. Çünki oxucu sayını bilmədiyim üçün həvəsdən düşürəm. Dəstəyinizi əsirgəməyin. Burdakı hər bir yazar üçün önəmli olan oxucunun diqqəti və dəstəyidir. Sizlərdən tək ricam budur.
Gecə saat üçə, dördə kimi yatmayıb yuxulu gözlərlə bölüm yazmaq çətindir. Buna görə də zəhmətə qiymət verməyinizi istəyirəm.
Diqqətiniz üçün təşəkkürlər 😊👏

•••••

( Dənizin dilindən)

Atam iki gün ərzində tək kəlimə etmədən heç nə olmamış kimi davranmışdı və düzünə qalsa bu məni daha çox qorxudurdu. Eynilə fırtınadan öncəki səssizliyi xatırladırdı.

Çörək almaq üçün evdən çıxarkən son dəfə aynaya baxdım: son günlərdə gecələr yaxşı yatmadığım üçün gözlərimin altı şişmiş, qara kölgələr əmələ gəlmişdi. Amma buna baxmayaraq bu gün digər günlərə nisbətdə daha gümrah hiss edirdim.
Gözlərim dodaqlarıma endi. Biraz quru, biraz da rəngsiz idilər. Burnumun kənarları isə qızarmışdı, lakin bütün bunları önəmsəyəcək halda deyildim.
Yolun qırağındakı səki ilə başı aşağı halda mağazaya gedirdim. Ruh halım o qədər darmadağın idi ki, kimsəylə tək kəlimə edəcək halda deyildim, amma buna rəğmən özümə gümrah deyəcək qədər də üzsüz idim.
Başımı qaldırıb ətrafa baxdım. Hər kəs o qədər xoşbəxt görünürdü ki, sanki bu mənzərəni korlayan mərdimazar bir tək mən idim.
Bir gənc ana yeni-yeni gəzməyə başlayan uşağının əllərindən möhkəm-möhkəm tutub ilk addımlarını atmasına kömək edirdi; digər bir yaşlı qadın başına bağladığı yaylığın başından azacıq geriyə doğru sürüşməsini hiss edib onu düzəldərkən bir yandan da kiçik oğlan nəvəsinin əylənməsini seyr edirdi; bir digər tərəfdə isə iki gənc əl-ələ tutuşmuş sakitcə söhbət edirdilər.
Mən isə onları izləyən başqa bir axmaq idim. Çox qəribədir boş zamanlarımda belə insanları izləyirdim. Deyəsən bu həqiqətən etməyi sevdiyim hobbim idi.
Hərkəsi izlədiyim bir anda Araz gözlərim önündən keçdi. O qədər soyuq, o qədər yad görünürdü ki, kənardan baxan olsa bir-birini tanımayan iki yad insan deyərdi bizə.

Çörək almaq üçün əlimdə tutduğum pulu arxa cibimə qoyub onun dalınca səslənərək bir neçə addım atdım.

- Araz, bir dəqiqə gözlə.

Səsimi eşidən kimi dayandı. Bununla da onu sübut etdi ki, yanımdan keçərkən məni çoxdan tanımışdı, mənim yanımdan düz keçdiyinin də fərqində idi, amma məni görməzdən gəlmişdi söz verdiyi kimi.
O, dediyini edən adamlardan idi və bu insanlar mənim həm sevdiyim, həm də qorxurduğum tip insanlar idi.

Arxasını dönmədən dedi:

- Nə var?!

Səsi kobud çıxmışdı, biraz da soyuq. Bu " Səni önəmsəmirəm " deyəcək qədər soyuq səs tembri idi.

- Niyə məni görməzdən gəldin? İkimiz də bir-birimizi tanıyırıq.

Hələ də arxasını dönməmişdi və mən onun kürəyini izləyirdim.

- Ən azından səni görməzdən gəldiyimi bilirsən.

Qəlbimi qırırdı.

- Mən səninlə dost olmaq istəyirəm, səni görəndə görməzdən gəlmək istəmirəm. Səndən qaçmayacam.

Bir anda üzünü mənə tərəf dönüb ən qorxuducu üz ifadəsi ilə gözlərimə baxdı. Yenə məni qorxurdurdu, amma bu səfər geri addım atmayacaqdım. Bəlkə də böyük axmaqlıq edirdim, amma ona olan marağım mənə güc gəlirdi. İlk dəfə idi ki, kimin üçünsə belə hiss edirdim.
Bir addım ona yaxınlaşıb gözlərinin içinə baxdım. O qədər hiddətlə və nifrətlə baxırdı ki, sanki onun qatı düşməni olaraq önündə dayanırdım.
Əlimi sağ yanağının üzərinə qoyanda bir anlıq gözləri bərəlib təəccüblənsə də bu sadəcə bir neçə saniyə çəkmişdi. Cəld qolumu biləyimdən tutub əlimi aşağıya doğru sürətlə itələdi.

Unutsam xatırlatDonde viven las historias. Descúbrelo ahora