25.Bölüm

20 3 0
                                    

4 il sonra

" Başıma gələn ən yaxşı şey isə acı çəkməyə alışmağa başlamağım idi. " - Frida Kahlo


Doğum günümdən sonra Aresi uzun müddət görmədim və əlbəttə ki atamın mənə verdiyi ev cəzası hələ də olduğu kimi davam edirdi. Atam bir damcı da olsun yumuşalmırdı, əksinə günü-gündən mənə qarşı kini artırdı. Lakin mən heç zaman onun bu qətiyyətini anlaya bilmədim. Onun inancları, qanunları, qaydaları və mental dəyərləri mənim üçün həmişə anlaşılmaz olaraq qaldı. Axı bütün bunlar necə məndən daha önəmli ola bilərdi?
Anam... anam isə atam evdə olmadığı zamanlarda mənə cəzamı unutdura bilmək üçün sevdiyim şirniyyatları bişirir, otağıma gəlirdi. Onunla saatlarla söhbət edirdik. İnanırdım ki, o məni anlayır. Yəqinki ana olmaq elə bu demək idi. Onu dünyaya gətirdikdən sonra göbək bağınız kəsilsə belə aranızdakı o görünməz bağ heç vaxt qırılmırdı. Siz bir-birinizin parçası olaraq sonsuza qədər yaşayırdız.
Anama baxarkən məni düşündürən çox suallar var idi. Bəlkə də heç vaxt ana olmağın nə olduğunu bilməyəcəkdim, amma sadəcə soruşmaq istədiyim bir şey var idi:

- Ana, sənə bir sual vermək istəyirəm.

- Buyur, qızım,- dedi anam qayğı ilə.

Yatağımda yerimi rahatlayıb divara söykəndim, anamın gözlərinin içinə baxaraq soruşdum.

- Mən dünyaya gəldiyim andan bəri sən mənim üçün sadəcə "ana" olmusan. Sanki bu hər zaman belə olubmuş kimi. Demək istədiyim, yəni axı sən zamansa uşaq olmusan, gənc qız olmusan. O zamanlar vaxtsa ana olacağını xəyal edə bilirdinmi?

Anam mehriban gülümsəməsi ilə dilləndi:

- İndi hətta mən özüm bir vaxtlar sənin kimi gənc olduğumu unuduram. Hərdən mənə elə gəlir ki, xatırladıqlarım bir yuxudur, gəldi keçdi. Amma heç vaxt zamansa ana olacağımı xəyal etməmişəm. Bu mənim ən son ağlıma gələcək bir şey idi. Ümumiyyətlə özümü ana olaraq təsəvvür edə bilmirdim. Amma gəl gör ki həyat mənə nələri göstərdi.

Və həmişə soruşmaq istədiyim sualı verdim:

- Atamla evləndiyinə peşmansan?

Anam gözlərini eyvandan görünən küçəyə zilləyib bir neçə dəqiqə susdu. Mənim maraqla onu izlədiyimin fərqində idi, lakin nədənsə mənə elə gəldi ki, onun bu dəqiqə düşündükləri həyatını sorğuladığı an idi. Çünki insanın uzun yaşamının tən ortasında "Peşmanammı?" deyə öz-özünə verdiyi sualın cavabının ağırlığı daha dözülməz əzab idi.

- Bilirsən, indi bütün bunları düşünmək üçün daha gecdir. Sadəcə alışmışam... Bir yerdən sonra insana elə gəlir ki, hər şey elə belə olmalıdır. Tale...

Unutsam xatırlatحيث تعيش القصص. اكتشف الآن