21.Bölüm

25 3 0
                                    

4 il öncə.

(Arazın dilindən)

Hərkəsdən qaçarkən onun tərəfindən tutulmuşdum, amma bunun daha çox davam etməsinə izn verə bilməzdim. O gecə Dənizin məni sevdiyini anlamışdım, lakin məndən gizlətmək istədiyi üçün üstünə getmədim. Hislərini gizləməsi mənim üçün də yaxşı idi, çünki hislərini açıqlasa ona nə cavab verəcəyimi özüm də bilmirdim. Onun qəlbinin qırılmasına dayana bilməzdim, amma deyəsən onun qəlbini qıracaq tək insan da mən özüm idim. Hə! Bir də atası. Onun qanından, canından olan özbəöz atası. Hansı ki onu maddiyyata görə sevmədiyi adamla evləndirmək istəyirdi.
Başa düşə bilmirəm, anlamıram. Bir ata necə öz qızını məcbur sonu xoşbəxtlik olmayan bir evliliyə sürükləyə bilərdi?
Mən olsam... yəni mənim qızım olsaydı ona əsla başqa əllərə təslim etməyə tələsməzdim, onu başqalarına qısqanar, məni tək qoyub getməməsi üçün ona yaxşı davranardım. Nə bilim, onu çox sevərdim, hədsiz çox sevərdim. Əlinə tikan batsa mənim ürəyim qanayardı, yəni onsuz nəfəs ala bilməzdim. Mənim bir parçam olanımı, canımın yarısını ağlada bilməzdim. Onu bacardığımdan da artıq gözəl sevməyə çalışardım. Mənim qızım olsa başqasına ehtiyac duymazdım, əlbəttə anasından başqa. Ona olan sevgim isə tamamilə başqa olardı. Amma... hə, amması var idi. Mən bu xəstəlikdən əziyyət çəkərkən bunların heç birinin həyatımda olmayacağını bilirdim. Ona görə də heç vaxt gələcəyə dair xəyallar qurmurdum. Kimsə məni bu xəstəliklə qəbul etməzdi və mən də kimsəni bu xəstəlikli dünyama qəbul edib bədbaxt edə bilməzdim. Buna haqqım yoxdur. Sevgi bütün bunlara bəhanə ola biləcək bir səbəb deyil. Sevgi adı ilə "onu" incitməyim eqoistlikdən başqa bir şey olmazdı. Çünki çox sevmək yetməzdi, sevəndə sonuna qədər, sonsuza qədər sevmək lazım idi və mən sonu belə bilmirdim, sonsuzluq isə mənlik deyildi.

~~~

Özümdən əmin addımlarla onunla görüşəcəyim parka doğru gedirdim. Bütün bunlara son qoymağın vaxtı çatmışdı. Dənizə söz verdiyim kimi bir həftə ərzində onu Vaqif deyilən adamın oğlu ilə evlənməkdən, özümü də sonradan sonraya mənə aşiq olan Saradan qurtaracaqdım.

- Salam ,- deyən səsin kimə aid olduğunu bilmək çətin deyildi.

Arxama dönüb ona baxdım.

Sara...

- Salam,- dedim mən də onun kimi.

- Məni bura çağırmağındakı məqsədi bilmək istəyirəm.

- Onda sözü uzatmadan deyəcəm.

- Buyur.

- Mən Dənizi sevirəm.

- Nə?!,- üzündəki ifadədən şoka düşdüyünü anlaya bilirdim, amma indi onun üçün edəcək heç nəyim yox idi. Bir vaxtlar onu çox sevərkən aşiq olduğum o gözlər indi mənim üçün bir şey ifadə etmirdi və onun məni yarı yolda qoyub getməsinə indi alışsam da o vaxtlar bununla barışa bilmirdim. Xətəliyimi öyrənəndə məni atıb gedən bu qız sayəsində insanlara güvənimi itirmişdim.

- Ares, sən nə dediyinin fərqidəsən?! Necə yəni onu sevirsən? Yalan danışırsan!

- Yalan danışmaq üçün səbəbim yoxdur. Atasına da açıq bir şəkildə qızı ilə, yəni Dənizlə evlənmək istədiyimi söyləmişəm.

- Axmaq! Sən axmaqsan!

Arxasına belə baxmadan gedən Saranın bir neçə dəqiqə gedişini izlədim. Demək bir zamanlar məndən qorxub qaçarkən belə addımlarla getmişdi. Özündən əmin, sərrast və sürətli addımlar....

Unutsam xatırlatDonde viven las historias. Descúbrelo ahora