10.Bölüm

12 3 0
                                    

- Çıx get,- yavaş çıxan səslə güclə bunları dedi.

- Məni qovursuz?

- Yalnız qalmaq istəyirəm.

- Yaxşı, bu səfərlik gedirəm, amma bu iş burda bitdi sanmayın. Oğlunuzun xoşbəxtliyin istəyirsinizsə, gələcəyini düşünürsünüzsə məni qəbul etməlisiniz.

- Çıx get dedim!,- çığırdı.

İfritə! Elə bilir mənim gözüm atır bu balaca daxmadan ötrü.

Tam arxamı dönmüş gedəcəkkən qapıda dayanan Areslə göz-gözə gəldim.

- Sənin burda nə işin var?!

( Aresin dilindən)

Yavaş-yavaş sakitləşdiyimi hiss etdikdə ayağa qalxıb evə qədər ayaqla gəzərək getdim.
Hər əsəb krizlərindən sonra özümü daha da sakitləşdirmək, özümlə baş-başa qalıb ürəyimdə öz ruhumla söhbət etmək üçün uzun-uzadı ayaqla piyada yol gedirdim. Hara getdiyimin bir önəmi yox idi, əsas olan o idi ki, başım sakit olsun.
İndi isə gələcəyə dair düşüncələr məni qorxudurdu. Ümidsizlik içində idim, tənha hiss edirdim. Kimsədən kömək istəməsəm də, kömək qəbul etməsəm də içimdə qəribə bir sükut var idi. Sanki tənha imişəm kimi. Amma bunun da fərqində idim ki, bu xəstəliyimin əlamətləri idi.
Əlbəttə, həkimə müraciət edib davamlı müalicə ala bilərdim, lakin bu günə kimi aldığım müalicələrin bir faydası yox idi. Bu xəstəliyə Universitetdə oxuduğum illərdə düçar olmuşdum. O zamanlar hələ Sara ilə sevgili idik, onu sevirdim. Amma getdikcə dayanılmaz həddə çatanda həkimə müraciət etdim və öyrəndiklərim ilə dünya başıma yıxıldı. O zamanlar o qədər tənha hiss edirdim ki, kiminləsə bunları bölüşüb onun mənə dəstək olmasını istəyirdim. Yad ölkədə yad insanlarla dolu çevrəmdə bircə doğma saydığım Sara idi ki, o da bundan sonra məni atıb qaçdı.
Ona qarşı kinim yox idi. Həyatının ən doğru qərarını vermişdi məndən qaçmaqla, amma indi illər sonra yenidən geri dönməyi istəyəcək qədər axmaq idi, amma o bunun əksini iddia edirdi. Ona görə o, aşiq idi, lakin adım kimi əmin idim ki, o məni sevmir. O, sadəcə beyninə yerləşdirib hədəf halına gətirdiyi məni əldə etmək istəyirdi, başqa heç nə. Bu sevmək yox sahib olmaq duyğusu idi və mən bunları ayırıb anlayacaq qədər ağıllı idim.

Məhləyə girəndə gözlərim ilk Dənizi gördü. Bizim eyvanın altındakı skamyada əyləşmiş başını iki əlləri arasında sıxıb saxlayaq dirsəklərini dizlərinə söykəmişdi. Dizlərinə baxdığım an hər şeyi tam olaraq xatırladım: Onun yerə yıxıldığını bilə-bilə ardımda buraxıb getmişdim.
Səssizcə yanına yaxınlaşıb əyləşdim. Bir neçə saniyə sonra başını qaldırıb mənə baxanda təəccübləndi, amma dərhal üzünü yana çevirib gözlərini məndən qaçırdı. Eynilə uşaq kimi... Bu axmaq uşaq anlamasa da mən onun baxışlarındakı gizlətdiyi, özünə belə etiraf edə bilmədiyi o hissin nə olduğunu anlamışdım, amma ona şans verə bilməzdim. Bu xəstəliklə onun həyatını məhv edə bilməzdim. Çünki mən onsuzda çox yaşamayacaqdım.

- Bağışla...

Gözləri doldu. Axı niyə belə edirsən, Dəniz?
Onu qucaqlamaq istəsəm də özümə hakim oldum.

- Eybi yox...,- titrək səsini gizləyə bilmədən gözlərimə baxdı. Deyəsən bu səfər göz yaşlarını gizləmək fikri yox idi.

Gözlərini ilk qaçıran bu səfər mən oldum, amma gördüyüm şey ilə bu dəfə narahat olmuş baxışlarla ona baxdım.

- Ovucların... Mən çox üzr istəyirəm, canın çox yandı? Çox ağrıdır?

Cavab vermədən cəsarətlə gözlərimə baxdı.

Unutsam xatırlatWhere stories live. Discover now