14.Bölüm

23 3 0
                                    

- İki gənc də bir-birinə qarşı biganə deyil. Bizə də onların xoş günlərini görmək üçün dəstək olmaq düşər... Qızınızı oğlum Aresə istəməyə gəlmişəm.

Mən təəccüblə Araza baxanda atamın baxışlarından gizlin mənə göz vurdu; atam isə ayağa qalxmış etiraz edərək nələrsə danışaraq bağırırdı.
Bütün bunların yaşandığı bir vaxtda mən öz-özümə bir şeyi düşünürdüm: Bu gözəl yuxunun bitməsi üçün bir həftə az deyilmi?

Atamın daha da möhkəm qışqırması ilə diksindim.

- Mən qızımı başqasına ərə verəcəm. Bunu da belə bilin, bir də bu qapıya gəlməyin.

Deməli arxamca işlər çevirdiyini boynuna alırsan hə, ata?!

- Mən Arazı sevirəm! Ondan başqa heç kimə ərə gedən deyiləm.

Ağzımdan çıxan sözləri başqa vaxt məni öldürsələr də dilimə gətirə bilməzdim. Utancımdan yerin dibinə girərdim, amma bu oyun idi ona görə də istədiyim kimi yalan uydura bilərdim.

Atam mənə doğru gələndə Araz ayağa qalxsa da atamın mənə şillə vurmasına mane ola bilməmişdi.
Bəli, yenə şillə... Üzümün bir hissəsi hər zaman bu ağrını xatırlayacaqdı. Çünki atamdan mənə yadigar qalacaq şeylər ata məhəbbəti, ata nəvazişi yox, ata şilləsi idi.

Araz yumruğunu sıxarkən, anam ağlayırdı. Səmayə xala isə əli ilə dodaqlarını qapayıb təəccüblə susmuşdu. Ümumiyyətlə indi danışan yox idi. Sanki evdə heç kim yox idi və mən tək idim.
Baxışlarımı atama çevirib gözlərinin içinə baxdım. Bir qram peşmanlıq, təəssüf hissi yox idi. Hətta etdiyindən razı qalmışdı.

- Mən bu şillədən çox yemişəm...,- Araz təəccüblə mənə baxarkən, atam ona cavab verməyimə daha da qəzəblənirdi,- Bilirsən, ata, bir zamanlar mən uşaq olanda sən özün də bilmədən yalnız qəlbimi qırmaqla kifayətlənirdin, amma illər keçdikcə təkcə qəlbimi qırmaq yox həm də onu məhv etmək qərarına gəldin... Səni çox çox uzun zaman öncə bir vaxtlar həqiqətən çox istəmişdim, amma o zamanlar səni yaxşı tanımadığım körpə yaşlarım idi...

- Yaxşı, az çərənlə.

Bir qram... Söylədiklərimdən bir qramı belə atama təsir etməmişdi. Anam isə hönkürtü ilə ağlayırdı. Səmayə xala anamı qucaqlayıb sakitləşdirməyə çalışarkən anama baxdım. Bu qadının hər göz yaşına görə Allaha cavab verəcəkdi.

- Son bir şey daha... Anamın hər göz yaşına görə sənə cəza verə bilmərəm, amma Allah səni bir gün cəzalandıracaq.

Sözlərimdən qəzəblənib yenə mənə əlini qaldırıb yaxınlaşanda bu səfər Araz onu qolundan tutub geriyə itələdi. Atamla mənim aramda durub mənə sipər oldu.
Çox qəribədir, qısa zaman ərzində tanıdığım adam məni neçə illik atamdan qorumağa çalışırdı.

- Ana, sən Güllü xalanı da götür o biri otağa get.

Anam və Səmayə xala gedən kimi Araz otağın qapısını bağlayıb atama doğru qəzəblə yaxınlaşdı. Yenə üzündə o ifadə vardı. Sanki hərkəsi öldürəcəkmiş kimi baxırdı, amma indi ondan əvvəlki kimi qorxmurdum.
Atamın köynəyinin yaxasından iki əlli tutub yerə yıxdı. Üstünə çıxıb boğmağa çalışarkən bir yandan da sakitcə deyirdi:

Unutsam xatırlatWhere stories live. Discover now