- Elə isə... Ziyarətimin səbəbi bəllidir, Allahın əmri...
- Dayanın!
İndi ölümüm çatmışdı.
- Dayanın! Cümlənizi tamamlamayın, çünki... Sizi bura çağıran mənəm.
Atam cəld ayağa qalxıb qışqırmağa başladı:
- Sənin burda nə işin var?! Cəhənnəm ol otağına!!!
Artıq çox gecdir, ata... Belə olmasını istəməzdim.
- Mən sizin oğlunuzla evlənə bilmərəm.
Atamdan sonra Vaqif (əmi) də ayağa qalxdı. Gözləri bərəlmiş, ağzı və əlləri əsəbdən əsirdi. Atam isə mənə doğru elə bir sürətlə və zəhmlə gəlirdi ki, birazdan nə olacağına adım kimi əmin idim.
Yanağımda dərimin hər qatına qədər hiss etdiyim incə sızıltı... Üzüm sağa dönmüş, saçlarım üzümdə ləkə kimi yayılmışdı. Gözlərimin ağlamadığına əminəm, amma azca da olsa dolduğunu hiss edirəm.
Həyətdən qonşumuz Həbibə xalanın nəvəsinin səsi gəlir. Deyəsən yenə yıxılıb... Bu qədər ağlamaq olar?
Sən hələ bir günəşin arsız şüalarına bax! İcazəsiz pəncərələrdən evin içinə dolub ətrafı qızılı kölgəyə bürüyür. Məgər bu gün belə gözəl gündür? Ya da dünya bu gün sadəcə mənim üçün sıxıcıdır.- Rədd ol otağına!
Rədd olmuram...
Bir saniyə... İki saniyə... Üç saniyə... Dörd və...
- Sənə rədd ol demədim?!
Bunu deyəcəyini bilirdim.
İndi isə məni qolumdan tutub qonaq otağının qapısından öz otağıma doğru getməyim üçün itələyirdi.
- Burax məni...
Səsim gözlədiyimdən daha yavaş və boğuq çıxmışdı.
Təkidlə məni burax desəmdə bu onun vecinə deyildi. Hələ də məni qapıya doğru sürüyürdü. Sürüyürdü deyirəm, çünki yalın ayaqlarım yerdə cırıltılı səs çıxarırdı və bu an o dözülməz səs belə məni narahat etmirdi.- Burax məni dedim!
Bu dəfə səsim gözlədiyimdən də möhkəm çıxmışdı. Hətta atamın üstünə çığırdım deyə bilərdim.
Tam əlini qaldırmış vuracağı anda saniyələr ərzində gözləsəm də o hiss yaşanmadı: üz dərimin hər qatında hiss etdiyim o yanğı hissi...
Gözlərimi açanda Vaqif (əminin) atamın qolundan tutub saxladığını gördüm.
- Ailə söhbətlərini mən gedəndən sonra həll elə. Sizi izləməyə davam edə bilməyəcəm.
- Vaqif, bu axmaq qıza fikir vermə sən. O, nə dediyini bilmir. Sən... Sən...
- Gedirəm mən.
- Niyə belə tez? Hələ söhbətimiz qurtarmayıb.
Atam onun önünü kəsmiş ümid dolu baxışlarla baxırdı. Son bir şans diləyirmiş kimi.
VOCÊ ESTÁ LENDO
Unutsam xatırlat
Romance"O, şimal və cənub qütbü qədər, isti və soyuq qədər fərqli idi. O, özün-özündən saniyələr ərzində fərqlənirdi. Sevdiyim adamın fərqliliyi məni ondan ayırmağı bacarmadı. Yanında qaldım və mübarizə apardım". Atası və anası ilə bir evdə yaşayan Dəniz a...