" Kəpənək işığa doğru uçdu, öləcəyini bilə-bilə; quzu qurda aşiq oldu, sonda qurban olacağını bilə-bilə; dəniz sahilə can atdı qovuşmayacağını bilə-bilə və mən sənə aşiq oldum, məni sevməyəcəyini bilə-bilə... "
...4 il sonra...
- Necəsən?,- dedi Vüsal.
Onunla bu gün yenə söhbətlərimiz olacaqdı. Söhbət deyirəm, çünki Vüsal bunları "seans" yox "söhbət" adlandırmağımı istəyirdi.
- Yaxşı kimi...,- dedim, yerə baxaraq. Nə zaman daha yaxşı hiss etdim ki?...
- Bu gün Arazın xasiyyətindən bəhs et. Onu sənin gözündən görmək istəyirəm. Sənin üçün olan önəmi bəllidir, amma mən indi onun səndəki yerini deyil daha çox necə birisi olduğunu bilmək istəyirəm.
Araz mənim gözümdən... O, mənim gözümdə necə birisi idi? -Mükəmməl. Bütün yaralarına baxmayaraq mükəmməl. Bəlkə də onu mənim üçün mükəmməl edən onun yaralarının olması idi. Arazı başqa cür təsəvvür edə bilmirəm.
- Araz sənin təsəvvür etdiyindən çox daha düşüncəli biri idi. Xəstəliyi onun üçün problem yaratsa da o, çalışırdı ki, ədalətli birisi olsun. Bəlkə də ona görə ədalətli olan qərarı verib məni tərk etdi. O, kiminsə ondan ötrü incinməsinə göz yuma bilməzdi və əgər onun o zamankı duyğularını nəzərə alsam, o zaman getməsinə haqq verə bilərəm.
- İrəliləyiş var. Ən azından onun getməsi üçün verdiyi qərarı anlamağa çalışırsan. Yəqinki Araz da onu nə zamansa anlayacağını bilirdi, ən azından səni səndən çox düşünən birisi olaraq. Məndə yaratdığı təsəvvür budu. Əlbəttə doğru addım deyildi, kimsə bu yolu seçməməlidir, ancaq xəstəliyi onu psixoloji bu yolla sınayırdı,- bir qədər susduqdan sonra mənə baxdı. Sanki nəsə düşünürdü,- Arazın səndə sevdiyi şeylər nələr idi?
Gülümsədim. Çünki Araz bir dəfə mənə bunun səbəbini demişdi.
- Bir dəfə Araz mənə dedi ki, əslində mənim inadçı olmağım onun xoşuna gəlir.
Vüsal gülümsəyib mənə baxdı.
- Onu doğurdan çox sevirsən... Hələ də.
- Onu sonsuza qədər sevəcəm. O olsa da, olmasa da fərq etməz...,- birdən Nazim Hikmətin "Səni sevirəm" adlı şeirindən xatırladığım bir misra ilə davam etdim sözlərimə,-
"Seviyorum seni ekmeği tuza banıp yer gibi
geceleyin ateşler içinde uyanarak
ağzımı dayayıp musluğa su içer gibi,
ağır posta paketini, neyin nesi belirsiz,
telaşlı, sevinçli, kuşkulu açar gibi,
seviyorum seni denizi uçakla ilk defa geçer gibi.
İstanbul'da yumuşacık kararırken ortalık
içimde kımıldanan bir şeyler gibi,
YOU ARE READING
Unutsam xatırlat
Romance"O, şimal və cənub qütbü qədər, isti və soyuq qədər fərqli idi. O, özün-özündən saniyələr ərzində fərqlənirdi. Sevdiyim adamın fərqliliyi məni ondan ayırmağı bacarmadı. Yanında qaldım və mübarizə apardım". Atası və anası ilə bir evdə yaşayan Dəniz a...