Fərqi yoxdur, ölüm haqdır,
Ya bu gündür, ya sabahdır.Bəs bu qədər ölmək necə?
Səhər bir də doğulmursan,
Amma ölürsən hər gecə.Bu da ayrıca dərddir, e...
Sənin üçün böyütdüyüm
Gül də solub,
Baxmıram ki.Gecə ötüb, sabah olub,
Gün ağarıb, yatmıram ki.Məqsədlərim olub xəyal,
Heç birinə çatmıram ki.Gedir zaman, keçir ömür,
Ölümdən də qaçmıram ki.Darıxmaq da qəlizdir e,
Sənin üçün darıxıb da,
Uşaqlığı yada salmaq,
Çoxlu bəhanə uydurmaq.Ağlamaq da qəlizdir e,
Xatırlayıb gedişləri,
Yat, gülümsə, önəmsəmə,
Boş ver, bilmə bu hissləri..
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PoetryÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!