Tövbə

11 0 0
                                    

Qəflə'tə uduzdum adəmin sirrin, İlahi
Ya Rəbb, mədətin eylə, bu sinəm daşa döndü.

Gün batdı, buludlar gecənin rəngini aldı,
Pərvanə təkin qüsseyi-çərxi başa döndü?!

Peşkəş eləyib axirəti fani həyata
Mülk üstə qarındaşın üzü qardaşa döndü.

Dərd oldu, unutduq imanı, etmədik ehsan,
Əydik boyunu, kəlmeyi-iblis aşa döndü.

Dil ki unudub tövbəni, etdi günah hər vaxt,
Rəbbin sınağı: Dildəki amin kaşa döndü.

Nicatın ürəyi sükutu eylədi qardaş,
Susdu dili, biat elədi, fərraşa döndü.





Könlümüzdən qopan yara izləri Hikayelerin yaşadığı yer. Şimdi keşfedin