Bakının səmaları
Çox tüstülü görsənir,
Kiməsə əl vurursan,
Gözün yaşı tərpənir,
Biri ölür təkliyin,
Səssizliyin içində,
Biri ölür məzbəha
Bir küçənin tinində,
Sonra aşnanın biri
Bir siqaret yandırır,
Zibil olsun, tüstü də
Rəhmətliyi andırır.
Rəhmətlik də öləndə
Tənha qoyub külfəti,
Ya da kimsəsiz ölüb,
Yox idi bir milləti.
Ölüm də haqdır onsuz,
Çarə olsa tapardım,
Vaxtsız ölən canlara
Əbədiyyət qatardım.
Çox ölümdən danışıb,
Xof yaratmaq istəməm,
Bəs, İlahi, ruhumu
Eyforiyayla bəsləməm,
Qorxum ölüm deyil ki,
Qorxum yaşamamaqdır,
Qara-boz sərhədləri
Aşıb-daşamamaqdır.
Dağıdıram aramla
Yaratdığım səfləri,
Qorxuram anladıqca
Elədiyim səhvləri.
Anlamaqdan qorxuram
Çarəsiz ataları,
Yaşamaqdan qorxuram
Mənasız qatarları,
Qorxuram asta-asta
Gün keçdikcə ömürdən,
Alovtək ümidlərim
Fərqlənmir ki kömürdən,
Mən ki bomboş, mənasız
60 ildən qorxuram
Balasın möhtac qoyan
Bir təmsildən qorxuram
Minbir qarğış sədalı
Halallıqdan ürkürəm,
Tam yaşasam nə var ki,
Yarımçıqdan ürkürəm.
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PoetryÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!