Yurduma

19 1 0
                                    


Tutulubdu havaları yurdumun,
Üzərində qəmin buludu gəzir,
Yorulur, çəmən də, ulduz da
Düz də.
Bəlkə də gözlərim
Yorğunluq sezir?
Yaşıllığı da saralıb, elə bil.
O da öz yurdunun dərdini çəkir?!
Bəzən xoşbəxtliyi əkirsən yerə,
Dünya boyda ağrı, sızı yetişir

Sabahına qurban olum, görəsən,
Çəmənləri şoran, quraq yurdumun?!
Gəlmirəm e oralara, gəlmirəm,
Cəhənnəm, gəzmirəm soraq yurdumu.
Sonra qınayıram özümdən olsa:
"Tellərinə yaraşmırdı quru kol,
Ya mənim özümü öldürmədən öl,
Ya da quraq kollarını özün yol!"

Adın var: "Həyatdır" deyirlər sənə,
"Olmasan, olmarıq" beləcə sözlər.
Sonra öldürürlər, insandırlar da,
Bir topa istehzalı nankor gözlər.

Nə sevirik adamını bu yurdun,
Nə yurdun özünə hörmət qoyuruq,
Öldürdüyümüz heyvanlar da var ha?!
Sanki balasına möhlət qoyuruq.

Sevəndə də asta-asta sevginən,
Xırda daşa da küdurət bəsləmə,
Təbiətə sevgi vermədən, gülüm,
Təbiətdən qəti həyat gözləmə.

Yurdumdan neçə il  düşəcək görən,
Mənim yorğun, sərsəm ömür payıma,
Əmi sən də, insaf elə, mixəy vur,
Kəklikotu artır mənim çayıma.

Əşşi, özüm də basabas yerdəyəm,
Açıb, yandıra bilmirəm birini,
Görən, neçə ağacı öldürmüşəm,
Ağacdansa, siqaretin filteri.

Könlümüzdən qopan yara izləri Hikayelerin yaşadığı yer. Şimdi keşfedin