Yağış yağır damla-damla
Tıqqıldadır damları,
Külək uçurur yağışı,
Ləkələyir camları.Mən də isti yerimdəyəm,
Bürünmüşəm yorğana,
Cismim salamat içində,
Ruhum dönüb al-qana.Sorğu-sual eləyirəm,
Kiməm, nəçiyəm axı?!
Missiyam budur,
10 saat iş,
Biraz qəm və lağlağı?!Yağış döyür pəncərəni,
Azca soyuq da gəlir,
Daş binadır, yayı təndir,
Qışı buza çevrilir.Hənirdəyir isti soba,
Sonuncu kömür yanır,
Səhər bir yolun taparam,
Onsuz hava ağarır.Halal olsun səkidəki
O ağsaqqal evsizə,
Sobası yox, damı papaq,
Dəhşət görünür bizə.O gün qızın da birini
Atmışdılar bayıra,
Güya pozğunluq edirmiş,
Qonşu salıb haraya.Bir də fağırın birini
Basıblar içəriyə,
İş tapmayıb, yaşamaqçün
Oğurluq edib deyə.
Dərinliyini bilmirəm,
Bəlkə o da şər idi,
Ac-yalavac qoca kişi
Ölümlə qənşər idi,
Adı çıxmışdı oğruya,
"Yıxılıb?! Vur baltanı"
Cavanlığı hoqqa idi
Buraxınca xaltanı,
Nə bir əqrəbası qaldı,
Nə də qonşusu, dostu.
Onu acgözlüyü pozdu,
Nəfsi, mühiti pozdu,
Amma yenə yazıqdı da,
Onsuz peşman idi o,
Qocalmışdı, zəif idi,
Tək, yarımcan idi o..Hələ saysam 20 ildə
Nələr görüb gözlərim,
Amma sonra tıxanıram,
Bəs eləmir sözlərim.Yurdumun, vətəndaşımın
Növbənöv problemi
Cisimləşir şüurumda,
Daşa basır beynimi.İnsanlıqdan nigaranam,
Güya,
Bəhanədir e,
Səfalət çəkənə yanmaq?
Ötüb keçən şeydir e..
5-10 dəqiqə pis oluram,
Sonra çıxır yadımdan,
Kim acdır, hansı xəstədir,
Silinir yaddaşımdan.Yenə boş-boş danışmışam,
Yuxum da gəlir biraz,
Keçim yatım, evim isti,
Qarnım dolu, kefim saz.
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PoetryÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!