Həsrətlər vüsala yetincə imiş,
Vüsalın yolları çin yuxularda,
Ölümü həsrətin sonu bilmişəm.Təbiətin seyri də bir başqadır,
Duymuşam ətrini xoş qoxularda,
Təbiətdən qaçıb sənə gəlmişəm.Axı bəşəriyyətdən uzaq gəzirdim,
Görəsən bu fələyin oxu harda
Toxunub sinəmə, xəstələnmişəm?!İlahi, bir əl tut, özün deyirdin,
Yıxıldın, baltalayan çox olar da,
Son nəfəsimdir, sənə sürünmüşəm.Yorulub qalanda, qan-tər içində
Bir tərəfdən də qorxular əzəndə
And olsun, yenə də şükür etmişəm.Fələyin kefinə soğan doğrayıb,
Özüm kef məclisi qurmadım axı,
Min ağrıyla sarsılsam da hər gecə,
Yenə təbəssümlə açdım sabahı.
İlahi, nəzər qıl, anamın saçı
Nə üçün belə tez ağardı?!
Söylə!
Atam mənə görə çıxıb gedirdi,
İşə səhər günəş saçmadan şölə?!
Tikə çörək üçün gecə yatmayan
Kimlərin nəfsinin qurbanı idi?!
Qurumuş minlərlə qızılgüllərin
Kimlər əcəliydi, bağbanı idi?!
İlahi bir uşaq öksüz qalmağa
Layiq hansı günaha əl uzatdı,
İlahi, hər şeyə möhtac qadına
Bax gör nə qədər əclaf dil uzatdı.
İlahi, bir söylə, ədalət nədir?
Bəs mənim yerimə kimlər yaşayır?!
Hürr yaşamaq məgər ədavətdədir?!
Biri can alanda, biri gün sayır.
İlahi, nələri yaratmışıqsa,
Çevrilib, onlara nökər olmuşuq,
İlahi, köz kimi yanan ocaqda,
Külə çevrilmişik, sönər olmuşuq.İlahi, ah olub buluddan yenə
Məğrur-məğrur gözlərimə yağırsan,
Balasına həsrət qalan atanın
Üsyanını naşükürlük sayırsan?!Hər gün beşcə saat yatan adamın
Birazca da gec açılsın səhəri,
İlahi, bircə gün hamı yaşasın,
Vallah çəkməyəcəm bir də zəhəri..
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PoetryÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!