darıxıram..

41 3 0
                                    

Darıxıram..
Üzünə külək dəyəndə
Rəqs edən saçından gələn
Meyxoş ətrin üçün həm də.

Darıxıram,
Neynəyim e...
Sənlə yaşamışdım axı,
Hər günü saniyə qədər,
Hər dəqiqə də xoşbəxt idim,
Unutmuşdum, nədir kədər,
Unutmuşdum, nədir qəhər...

Bilirsən, zaman dəyişib,
Getdiyin o gündən bəri,
Saniyələr əsr olub,
Vüsalım həsrətə yetib,
Həsrətim də qəsr olub..
Neçə dövran keçib axı
Sonuncu xoşbəxtliyimdən?

Heç olmasa xoşbəxtsənmi?
Danış gülümsəməyindən,
Danış, vallah unuduram,
Güləndə yanaqlarının
Qəmzəyə çevrilməsini.
Danış, vallah, darıxıram,
Təsvir et, xəyala dalım,
İşıldayan gözlərini..

Darıxıram
Dünya qədər...
Sənə də məhcub oluram,
Üzrlü say.
Yorulursan,
Hər gecə o məsafədən
Yuxularıma gələndə,
Bir qucaq xatirə,
bir də,
Biraz kədər gətirəndə..

Qırmalıyam həsrətinlə,
kədərimin kəməndini.

Darıxıram,
Gəlmə daha,
İzin ver, unudum səni!



Könlümüzdən qopan yara izləri Hikayelerin yaşadığı yer. Şimdi keşfedin