sən?! həqiqət..

35 2 0
                                    

Ağlamağı ar bilib,
Ürəyimə sən boyda
Dağ basmışam, sevgili.

Ayrılığı qiyamət
Saymışam həmin gecə
Ümidimi nifrətin
Zirvəsindən asmışam,
Yas tutmuşam, sevgili.
Yas tutmuşam o gecə ölən arzularıma,
O gecə xəstə düşdüm,
Bəlkə də ölmüşəm e,
Nə bilim, adı yoxdur,
Sənsizliyə nə ad var, nə də halətim qalıb,
Mən o gecə xəyalın
Ruhlarını görmüşəm,
Bir gecədə ağaran
Qara tellər hörmüşəm,
İyirmi yaşın içində
Yüz il ömür sürmüşəm.

Xoşbəxtlikdən qüssəyə bir gecəlik yol imiş,
Bir nəfəsə qaçmışam,
Mən o gecə ölümü
Səndən də çox sevmişəm,
Vurulmuşam, sevgili.
Vurulmuşam ölümün
Sükutuna,
And ola,
Çarəsizə çarədir,
O bir qucaq yalandan
Daha şirin doğrudur,
Bəlkə ona görədir,
Saniyəlik həqiqət
Yalançını qorxudur?!

Könlümüzdən qopan yara izləri Hikayelerin yaşadığı yer. Şimdi keşfedin