Eyvandan gələn tıqqırtı,
Görəsən əcəl mi, gəlib?
Bəlkə yardan bir xəbərdir,
Mənə ruzigar gətirib,Yox, axı, heç kim görünmür,
İlahi, bu nə deməkdir?
Doğrudan mı yalnızam mən?
Gələn qonağım da yoxdur,
Ya bəlkə də heç yoxam mən?
Yox,
Varam!
Yoxamsa əgər, bu nə hissdir, yara qarşı?
O yox sayərkən sinəmdə
Varlığın axtarışları,
Bəlkə eşqdir, bəlkə hicran?
Bilmirəm,
Adı da yoxdur,
Bəlkə bir nişandır vardan,
Görmürəm,
Yardan gəlirsə
Bu da xoşdur.
Nə bilime, kəsəri yox sözlərimin,
Artıq mənası da yoxdur,
bir vaxtı ümid paylayan
Gözlərimin,
Məna təkcə səndə qalıb.Verdiyin sözlər də vardı,
Unuduram, düşünmə sən,
Bəlkə sözlər yalan idi,
Amma yalançı deyilsən,
Olan işdir, zamandı da,
Nə biləsən
Kim öləcək,
Kim qalacaq?
Qalanla xoşbəxt olanda,
Öləni unudacaqsan,
Ölən adama verdiyin sözü
Necə tutacaqsan?
Mən öldüm, sən də unutdun
Sözlərini,
Ölmüşəm, izin verirsən, arabir gəlim, oxşayım gözlərini?Sərsəmləyirəm, bax yenə,
Sən yat, baxma, dəlirmişəm,
Ağlımı getdiyin yolda
Gözləyərkən itirmişəm..Yat, nigaran qalma məndən,
Varlığın heç birşeyiyəm,
Dirilər yaşayır ancaq,
Sən yaşa, mənsə
Ölüyəm.
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PoésieÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!