Külək elə əsir ki,
Hiddətlənir elə bil,
Quru ağaclar üçün,
Susuz səhralar üçün.Külək elə əsir ki,
Meh də duruxub qalır,
Təzəcə çiçək açmış
Gül də quruyub qalır.Tozu göyə uçurur,
Daşı divara çırpır,
Səbəbini unudur,
Daha şiddətli əsir,
Daha hiddətli əsir.Əsir o rəhm etmədən,
Zibil qutularının
Yanındakı kardonda
Uzanan o balaya.
Əsir o rəhm etmədən,
Yağış buludlarını
Qovalayıb, gətirir,
Səkinin tinindəki
Adamı islatmağa.Külək əsir astaca,
Yelləndikcə ağaclar,
Öz kibrinə qapılıb,
Daha hiddətli əsir,
Rəhm eləmir heç kimə,
Rəhm eləmir heç nəyə,
Aparır uzaqlara,
Sahillərə, dağlara,
Aparır o hər şeyi.
Daşı, qumu, bağlara..Gətirir kimlərinsə
Çəkiləcək dərdini,
"Görəsən o necədir,
Görəsən o nə edir?
Həmin o kardondakı
8 yaşlı şəhzadə
Üşümür bu küləkdən?!"
Gətirir o çoxlu qəm.Külək elə əsir ki,
Çörək qırıntıları,
Səpələnir yollara.
Külək elə əsir ki,
Gətirdiyi küdurət
Qara olur ağlara.
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PoetryÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!