Yuxusuz qalmışam bax,
Bu gecə də yatmamışam,
Cızma qara dolu varaq,
Heç birini atmamışam
Həyatım yalan olsa da,
Səni heç aldatmamışam,
Bəlkə çox alçalmışam mən,
Sevgimi alçatmamışam,
Tutqun həyatıma səni
Qıymamışam, qatmamışam,
Yuxusuz qalmışam yenə,
Bu gecə də yatmamışam.Bilirsən, həssasam biraz
Hər şey azca təsir edir,
Yanındayam deyənlər də
Bircə-bircə çıxıb gedir,
Tanrı alır yaxşıların
Ömrünü, kimlərə verir?
Bir təhər dözür ürəyim,
Amma çoxdan bitib səbir
Ciyərimdə taqət də yox,
Soyuq da var, əlim əsir
Ən dəhşətli intiharlar
Əzablardan ibarətdirƏgər anidən qayıtsan,
Bilmirəm ki, gülümsərəm?
Əvvəllər səni sevirdim,
İndi silüetinə aşiqəm,
Günəş boylanan saatlar
Yenə də heç nə görmürəm,
Sənsiz xoşbəxtlik gəlməsin,
Gəlməsin, yox, istəmirəm
Bəlkə ölmək belə şeydir?
Əvvəllər heç ölməmişəm,
Bəlkə ölmək belə şeydir?
Əvvəllər heç ölməmişəm.Ömür keçir, saç ağarır,
Dayanmır, heç durmur zaman
Bəlkə əzablar sadiqdir?
Bir nikbinlik var mı, qalan?
Əslində sevgilər deyil,
Nifrətlərdir dərdə salan,
Ona görə xoşbəxtliklər
Ağ yalanlardır, ağ yalanBəlkə yoxam artıq sabah,
Əminsən ki, sağ qalacam?
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PoetryÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!