-Eşqi idrak eylədim, neyçün nəfsim ar eyləməz?
-Eşqi idrak eyləyən öz nəfsini xar eyləməz.-İlahi Şafi qüdrətin mənə qismət edərmi?
-İlahi çarəsin qılar, fəqət ki car eyləməz.-Əcəl imkan eyləməzmi, nədəndir bu ahüzar?
-Rəbb ki təmiz ruhlara çirkabı məzar eyləməz.-Vəsvəsə bəs? Nahaqı haqq, haqqı haram göstərir.
-Müstərih ol, haqq işığı iblisi yar eyləməz.-Yumsam əgər gözlərimi, qulağım inad eyləsə?
-Haqqın sözünü qəlb eşidər, könlünü kar eyləməz.-Dərd içrə yanar bağrıma duz basmağı hərgah..
-Üsyan eləmə Rəbb bizə namümkünü var eyləməz.-Əysəm boyun, umsam mədətim qadirə, alim?!
-Ağac ki əyilməz, qırılar, ömrü nübar eyləməz.
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PuisiÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!