Sevgilim.

25 1 0
                                    

Saçlarına bənövşə necə gözəl yaraşar,
Könlünə qışdan sonra zərif bahar gələndə
Aşiqin pərvanətək ətrafına dolanar,
Təbiət seyrə çıxar, öz gülünü çəməndə.

Sən səmaya baxarsan, gözlərini izlərəm,
Ulduzlar süzüb bizi, məst olarlar, sevgilim,
Qucaqlaram qəlbini, uşaqtək əzizlərəm,
Eşqimizə musiqi oxuyarlar, sevgilim.

Kainatın mənası sənlə çıxıb qarşıma,
Eşq, məhəbbət, arzular, hamısı sən imişsən,
And içirəm buludun o kövrək göz yaşına,
Yağışların eşq dolu mahnısı sən imişsən.

Nə qədər qar yağacaq, qış qapıya gələcək?!
Bir-birimizə isti qucaq olacağıq bəs?
Zamanın da rəhmi yox, kimlər çıxıb gedəcək,
Sevgilim, biz əbədi bizim qalacağıq bəs?!

Xəstəyəm, məlhəmmisən?
Ölmüşəm, mələkmisən?
Sevgilimin gözləri,
Axı sən cənnətmisən?

Darıxmaq çox qəribdir,
Qəlbə ağrı səribdir,
"Qurbandır" deyib aşiq
Sinəsini gəribdir.

Aşiqəm biixtiyar,
Sənə aşiq bəxtiyar,
Gözləyərəm yolunu,
Məndə aşiq səbri var.






Könlümüzdən qopan yara izləri Hikayelerin yaşadığı yer. Şimdi keşfedin