axtar məni..

55 6 4
                                    

Axtar məni yaz günündə
Gül-çiçəklər açmayanda,
Bütün hər yerdə həyatın
Qoxusu duyulmayanda.

Axtar məni yay günündə
Kölgələnən insanların gözlərində
Axtar məni, mən burdayam
Arxasında boylanıram,
heçliklərin pərdəsinin
Axtar məni, mən burdayam,
Ümid qoxan sözlərində.

Axtar məni, payız gəlir,
Xəzan elə əsmir daha,
Axtarma sarı yarpaq da
Quruyub,
Sınan ağacın
Olmaz ki yarpaqları da.
Axtar məni, mən ölmədən
Otağımın nöyüt qoxan, köhnə lampası sönmədən,
Axtar məni yaşamaq arzumdan geri dönmədən.

Axtar məni qış ayında
Qarın günəşlə baxışıb,
Gülüşünü yansıtdığı
Soyuq gündə axtar məni,
Axtar məni evsizlərin sorağında,
Adsızların sorağında,
Axtar məni ölülərin arasında.
Axtar, qorxma, gəlməyəcəm.

Könlümüzdən qopan yara izləri Hikayelerin yaşadığı yer. Şimdi keşfedin