Haçan yaş düşər gözündən,
Gülüm, fəryad qopar məndən..İtirərəm idrakımı..
Ağlayıb ilahi qəmlə.
Yas tutaram göz yaşına..
Bağçaları sel aparar,
Çəməni qaplar dumanlar,
Xəzər coşar, guruldayar,
Sənin bir durğun sözünlə..Gözlərini tutan kədər,
Məndən ömrümü aparar,
Könlündəki qüssə qədər
Bağçamda gül, çiçək solar..Əskik etmə camalını
Xəyali-xülyamdan mənim,
Sən ki mənim ilk baharım,
Sevdiyim, son məhəbbətim..Gözlərinə qurban olum,
Yanağında uyuyum mən,
Saçlarına sığal çəkib,
Öpüm acı sözlərindən..Bizə hicran yaraşmır ki,
Bizə yaraşmır soyuqlar,
Yağış deyil yağan bu gün,
Bizə yas tutur buludlar..
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
شِعرÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!