Gözlərin gün təki parlaq, isidər ruhumu.
Hərgah
Vurulub bir qoşa gözlə, dodağa.
Eylərəm izah,Nədir eşq oduna yanmaq, aşiqəm hüsnünə.
Vallah
Bu nə işdir, başa düşməm, gedib əqlim sənə.Nagah
Vurulub ətrinə, hərdən uçaram quştəki.Pənah
Edərəm yurduna, gəlləm bala tək qoluna.Allah
Səni bəxş etməsə, yarim, ömrümə eylərəm
Ah-vah.Olmuşam gözlərinə qul, dəliyəm, olmaram islah
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PoesiaÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!