Necə yaranmısan ki sən?!
Necə məna verib Tanrı?!
Sanırsan gül bağçasından,
Gül əvəzi dərib Tanrı.Hansı sözü layiq bilim,
Hansı cümlə olsun sənə?
Qərib yolçu olsam əgər,
Rəhmin yetərmi dərdimə?
Bəlkə sənə qısqanıbdır,
Daşı qoyubdur səbrimə,
Bəlkə elə sənə görə
Mənə sinə gərib Tanrı?!Quru çörək, biraz da su,
Sən yoxkən aldığım nəfəs,
Siqaretimin tüstüsü,
Bir də çoxdan ölmüş həvəs,
Azadlığı məndən alıb,
Ətrafıma hörüb qəfəs,
Kədərimdən kəmənd vurub,
Mənə məndən qərib Tanrı.Külək olub, saçlarını
Darayaraq əsəydim kaş,
Gül bağında xoşbəxtliyi
Arayaraq əsəydim kaş,
Desən, biraz susamışam,
Ağlayaraq əsəydim kaş,
İstəyərdin bircə kəlmə,
Dünyaları sərəydim kaş,
Amma yaman çarəsizəm
Sənə məni sərib Tanrı.Desəm ona iradımı,
Əlim əsir, dilim çaşır,
Xatirələr gəlib, çatıb,
Sənsizliklə qucaqlaşır,
Ağlamıram, gözlərim də
Artıq özümlə barışır,
Sənsizliyi səndən artıq,
Məndən artıq sevib Tanrı..
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PoesiaÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!