Səhər olur, Günəş çıxır.

33 2 0
                                    

Səhər olur, günəş çıxır,
Buxarlanır şeh yavaşca,
İsindikcə parıldayır,
Yarpaqdakı damcılar da,
Soyuq buxar edər mi bəs?
Torpaq, sən yaxşı bilərsən,
Hansı buxar gedər əbəs,
Yağış yağar, hiss edərsən.

Buxarlanar arzu, dilək,
Soyuqlaşdıqca insanlar,
Sonra ölümə çevrilər,
Arzu edənə qayıdar.

Qəribədir, düşüncələr,
Hisslər, yaman qəribədir,
Dilin söz tutmayan zaman,
Durub səni şair edir.

Zaman ayrı bəla olub,
Yaşamıram, ötüb keçir,
Qocalıram, ay keçmədən,
Gün keçmədən, illər gedir.

Tut əlimdən, qurban olum,
Apar məni uzaqlara,
Yorulmuşam, nə ad verim,
Bu adsız intizarlara,
Gəlməsəndə, qoy çağırım,
Səsləyim biraz da, lütfən,
Eşqin üçün yuva qurum,
Bəsləyim biraz da, lütfən.

Ya da get, gəldiyin yolla,
O yola da nifrət edim,
Gəldiyin gün çıx get elə,
O günə də nifrət edim.

Təbiətlə şeir qalıb,
Sənə gərək yoxdur daha,
Özümdən arxayınam mən,
Sən də muğayat Allaha.

Könlümüzdən qopan yara izləri Hikayelerin yaşadığı yer. Şimdi keşfedin