Ruh ki səndən nigarandır,
Göz ki sənə səyyah olub.
Dil səni nəğmədən sayıb,
Qulaq təkcə səni duyub..Şərab bilib, dodaqların
Öpərək sərxoş olmuşam,
Qoxun gəlib, həzin, həzin,
Ah çəkib, meyxoş olmuşam.Səni arzu, istək bilib,
Unutmuşam yaşamağı,
Gözüm təkcə səni görüb,
Görməyib qaranı, ağı..Qəlb qırılıb, fəğan edib,
Həmdərdim də sən olmusan,
Yorulmuşam, boğulmuşam,
Həmdəmim də sən olmusan.Səni səndən ilham alıb,
Köçürmüşəm varaqlara.
Qısqanmışam tellərini,
Quru, cansız daraqlara.Qısqanmışam küləyi də,
Saçlarına sığal çəkib,
Səhər günəş görüb səni,
Gecə ay nəzər yetirib.Eşqin üçün fəryad edib,
Gecələrə ağlamışam,
Döşəyimi sən bilmişəm,
Sən təki qucaqlamışam.Güləndə də səndən qeyri
Gülməyib ki dodaqlarım,
Güldür məni, öp, qucaqla,
Ruhum sənin olsun, qadın.
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PoetryÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!