Nə qaranlıqdır, ilahi?
Gözüm görmür daha heç nə
Səfsətələr arasında
Doğru yolu göstər mənə,
Bu qaranlıqdır ilahi?
Qaranı görmürəm daha,
Bəlkə rənglər küsüb gedib
Ağ-qara fonlu dünyadan?
İlahi, qorxuram axı
Oyat məni bu röyadan,
Hər yerdən lənətlər axır,
İlahi, yaxşı şeyləri
Əzabla verirsən,
Bildim
Bu qədər əzabdan sonra
Hardadır cənnətlər axı?
İlahi, taleyimi ver,
Yazmayacam artıq heç nə
İlahi taleyimi ver,
Məhv edəcəyəm sadəcə,
İzin ver, səmimiyyəti
Saxtalaşmağa qoymayım,
Fəğanımla bəşəriyyəti
Bəsdir, biraz da yormayım,
Ver məni mənim özümə
Cəzamı da kəsərəm, söz,
Tanrı, alov tutub yanır
İçimdəki kədərdən köz..
İzin ver, oyanım daha
Rəngsiz zülmətin şərindən,
Həvalə eylə sabaha
Xəbər olmaz səhərimdən..
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PoesiaÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!