Necə izah edim axı?!
Dilim varmır danışmağa..
Soyuqluğun qarşısında
Gücüm çatar alışmağa?!Biraz fərqli yaşadıq biz
Sevinci də, kədəri də,
Gəldi səndən, dedim,
"Ay can"
Qəbul etdim betəri də.Biraz fərqli gözləyirdim,
Səndən xəbərdar olmağı,
Təzə, şehli anlamışdım
Payızda sarı yarpağı.Bağlı idim, biraz fərqli,
Eşq qoxurdu hər baxışın,
Möhtac idim, deyim necə?!
Torpaq möhtacı yağışın.Biraz fərqli sevirdik biz,
Düzəlmişdi qamətim də,
Qardələnlər boylanırdı
Sənləykən məhəbbətimdəHəyat idi bəs sevgimiz,
Söylə, belə həyat olar?
Su təbiətindən ayrı
Axı onda güllər solar?!İndi hansı dəniz ilə
Yuyursan sahillərini,
Hansı yağışla bəsləyib,
Böyüdürsən güllərini?Gülürsən mi bizim qədər,
Gözün işıldayır yenə?
Aldadırsan bəs kimisə,
"Yaxşı ki varımsan" deyə?Səndən sonra eşitmədim
O cümləni bircə dəfə,
Var olmağa həyat gərək,
Axı ölmüşəm o gecə.Hansı ki, çıx, get demisən,
Demişəm, gözlərim üstə,
Önəmi yox, öldüm, yoxsa
Qaldım biraz canı xəstə.Sən yat, bax yatıram mən də,
Gözümə yuxu da gedir,
Onda müsafir xəyalın
Məni biraz xoşbəxt edir.
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
ПоэзияÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!