Gecə saat dörd.
Bəlkə də səhər.
Bilmirəm.
Yağış yağır.
Paçkamdan çıxardığım sonuncu filter islanır.
Asfaltın ortasından,
İşıq dirəklərinin arasından
İkinci Kür aşıb, daşır.
Parkda yaşlı bir kişi.
Vadalaskası burnuna kimi,
Papağı gözlərinə,
Kurtkasının yaxaları alnına kimi
Yatır.
Çox adam yatır.
Gecə də,
Gündüz də.
Oyaq olanları da dərd aparır.
Külək əsir.
İslanıb ağırlaşmış salafanlara bax!
Yapışıb dirəyə, daşa, astanofkaya
Silkələnir.
Səkidə bir dayı,
Əlində tuğ süpürgəsi
İşləyir.
İşləyir ki, balası dərsə gedəndə
Corabı su olmasın.
İşıq pulu da qalxıb,
Qaz pulu da.
Hava da soyuqdur.
Kiminin evi yox,
Evi olanın da kombiyə yetəcək pulu.
İşıq pulu da qalxıb,
Qaz pulu da.
Atapleniyalar noyabrda vurulacaq.
Ödə zibil işığa o artıq pulu.
Ödə ki, xəstə düşmə.
Ödə ki, 10 mislini rüşvətxor həkimə yedirməyəsən,
Ödə ki, borc xərc çoxalmasın,
Ödə ki, işin getsin, ləngiməyəsən.
Müharibədən də təzə çıxmışıq.
Nə olsun, hünərimiz ancaq eyforiyaya çatır,
Nə şəhid anası vecimizədi,
Nə də ölən arzular.Əşşi!
Çox şükür isti evim var.
Başımı soxmuşam damdan içəri
Qaynar çayımı uddumlayıram.
Mənə nə?!
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PoetryÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!