Ahh!
Sancı var ürəyimdə, yad edirsən, deyəsən.
Bəlkə xatırlamayasan,
Bəlkə geri dönəsən?Qucaqlasam bir də səni, gözlərinə baxsam yenə,
Dilim çaşar, inanırsan?!
Amma çoxlu sözüm qalıb,
Deyəcəyəm bircə-bircə
Gözlərimdən, gözlərinə!Ahh!
Sancı var ürəyimdə,
Məlhəm umur dilindən,
Axı, söylə, nə edərəm?
Birdən geri dönməsən?
Yaşarammı? Ölərəmmi?
Bilmirəm..Biraz ölüm qoxusu var,
Birazca da qorxusu.
Ölsəm, səni kim sevəcək mən qədər?!
Qalsam, əgər,
Söylə, gülüm, sənsizliyə kim dözəcək mən qədər?!Ahh!
Sancı var ürəyimdə,
Keçib, gedər, üzülmə.
Ölsəm əgər, gül, ağlama,
Danla göz yaşlarını da,
Sən layiqsən, mənim kimi yüzünə.Ahh!
Sancı var ürəyimdə,
Ağrısı səni anır,
Bilirəm, dönməyəcəksən,
Mən də biraz duyğusalam,
Ay ağarır, gün batır.
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PoesíaÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!