Sis tutub havanı, görünmür heç nə.
Necə də bənzəyir gələcəyimə.
Gözlərim kədərə məskən olubdur.Bəlkə kölgəsidir yuman gözümü,
Bəlkə səbəb budur görməməyimə?!
Şüurum da ayrı sərsəm olubdur.Gün ki ədalətə işıldamadı,
Ölən haqsız öldü, haqsız keçindi.
Nəfsin pərdələri qapanan zaman
"İnsanlıq" qavramı sona yetibdir.Vicdanın dəyəri su qiymətində,
Su da yaman qalxır, olur od kimi,
Qəmdən uzaq düşmək, insafsız olmaq
Bunlar bir-birinə votavot kimi.Mərhəmətin daşı yaman ağırdır,
Pozub bünövrəsin şadlıq, sevincin.
Kədəri başqa cür ağrı verir ha,
Eyforiyadan gələn anlıq sevincin.Günü-günə qatıb, fikirləşirəm,
Nə olsun dəqiqə il kimi keçir,
Zaman özü dəhşət əclaf olubdur,
Əzab verib qocaltmağı çox sevir.Mən də güya acıyıram vəziyyətə,
Yazmaqdan başqa hünərim də yoxdur,
Yazmaq demişkən a, hər sətir, hər bənd
Tamam mənasızdır, heç nədir, boşdur.Səhər yeddi olub, yuxum da gəlmir,
Sizin sabah vaxtı dündə qalmışam,
Qoca bayquş idim, boş ulayırdım,
Bu gün səsim çıxmır, gündə qalmışam.Tutulub havalar, buz kimi olub,
Soyuq gecələrlə əkizəm görən?
Deyiləm, mən daha soyuğam axı.Qışdan sonra heç olmasa yaz gəlir,
Xislətim, sən də dəyişərsən görən?
Əşşi, mən fəsildən durğunam axı..
ŞİMDİ OKUDUĞUN
Könlümüzdən qopan yara izləri
PoesiaÜslubda, ölçülərdə olan cahilliyim və nöqsanlarım üçün indidən üzr istəyirəm. Zira əsl şeir ölçülərlə deyil, içindən gələn, duyğularının beyninə pıçıldadığı hər şey poeziyadır. Sevirəm səni!