bölüm 37

143 17 5
                                    

Həyatın bizim qarşımıza nələri çıxaracağına bilmirik.Bu dəqiqə bir binanın qarşısında bina ilə baxışıram. Hər iki tərəfimdə istəsələr canımı verəcəyim qadınlar dayanıb.Biri mənim bacımdır.Ancaq mən Sevincə sadəcə bacımdır deyə bilmərəm.O mənim qızım,dosdum,sirdaşımdır.Başımı çevirib Hafsaya baxdım.Ömrümü-günümü yanında keçirməyi,son nəfəsimdə yanımda olmağını istədiyim qadın.Dəlicəsinə aşiq olduğum qadın.Dodaqlarını dişlərinin arasına alıb bir qolunu qoluma keçirib.Gərgindi əslində.Sadəcə bildirmək istəmir.Məni soruşsanız necə olduğumu bilmirəm.Burada olmaq heç istəməzdim.Hər şey zamanında gözəldir.Uşaqlığında,ana sevgisinində,ata nəvazişinin də bir zamanı var.İtirilən illərə geri qayıda bilmərik.Bismillah deyib irəli addım atdım.Qolumu qaldırıb Sevincin boynundan keçirdim.Başından öpüb üzünə baxdım.Mənə baxıb gülümsədi.Anam gəlməmişdi.Əslində gəlməyi də yaxşı çıxmazdı.Fərəhi də onun yanına qoymuşduq.Pilləkənləri çıxıb bizə nömrəsi verilmiş qapıya çatdıq.Dərin nəfəs aldım.Hafsa əlimi sıxdı.Refleks olaraq ona baxdım.Gözlərini bağlayıb açdı.Heç bir şey eləməsə belə mənim yanımda olduğunu hiss elədim.Qapını döyüb açılmağını gözlədik.Qapını balacaboylu bir qadın açdı.Tanımadığım bir sima idi.
-Hoş gəlmisiniz.Buyurun.
Səsindəki qəribəlik çox bilinirdi.Ayaqqabımızı çıxarıb xanımın yönləndirməsi ilə bir otağa keçdik.Ev normal böyüklükdə idi.Əşyalar nə çox köhnə,nə də çox yeni.Divanda kimsə uzanmışdı.Yaxınlaşdıqca sifətini gördüm.Sanki başımdan qaynar sular töküldü.Xatirələrimdə olan yarım-yamalaq olan ata fiquru qarşımda dayanırdı. Rəngi ağappaq, üzündə sayısız olan qırışlarıyla divanda uzanmışdı.Bizi görüb ayağa qalxmağa çalışdı.Qapını açan qadın gedib kömək elədi.Atamın baxışlarından kədər oxunurdu.Ətrafa boylandım.Şkaflardan birinin üzərində çərçivəyə qoyulmuş şəkil var idi.Çox güman ki,bir neçə il öncə çəkilmiş şəkil idi.Atam,yanında isə bizə qapını açan qadın.İkisinin arasında isə bir qız,bir oğlan uşağı.Bizim belə şəklimiz heç olmayıb.Heç də olmayacaq.O uşaqlar üçün sevindim.Çünki onlar valideyn əksikliyi çəkməyiblər.
-Oturun.Ayaq üstə qalmayın.Mən indi gəlirəm.
Qadın otaqdan çıxdı.O isə bizi diqqətlə izləyirdi.Əslində mən ona çox bənzəyirdim.Bunu isə indi anlayırdım.Görəsən anam hər dəfə məni görəndə onu tərk edən adamı xatırlayırdımı?Boğazını təmizlədi.
-Xoş gəlmisiniz.
-Çox sağ olun.-Sevinc danışdı.
Mən isə başımla qarşılıq verdim.Sözlər sanki ağzımdan çıxmırdı.Dodaqlarımı bir-birinə bərkitmişdilər.Otağa iki ədəd uşaq girdi.Onlar şəkillərdə gördüklərim idi.
-Salam.Hər vaxtınız xeyir.
-Salam.
Axır ki danışa bildim.Onlarda keçib kresloda oturdular.Bir az sonra qadın içəri keçdi.
-Amil gəl masanın o tərəfindən tut.Bir az önə çəkək.
-Zəhmət çəkməyin.Heç nəyə ehtiyac yoxdur.Onsuzda çox oturmayacağıq.
-Heç bir zəhməti yoxdur.O nə deməkdir?!
-Həqiqətən ehtiyac yoxdur.Yeməyimizi yeyib,çayımızı içmişik.Gəlin oturun.
Qərarımızda qəti olduğumuzu görüb masanın ətrafından çəkildilər.
-İllər sonra sizi görmək qəribədir.Çox böyümüsüz.Bəlkə də bunu deməyə haqqım yoxdur,amma sizin üçün çox darıxmışam.Hər ikiniz üçün burnumun ucu göynəyir.
Eşitdiyim burun çəkmə səsi ilə Sevincin ağladığını anladım.Amil salfet götürüb Sevincə uzatdı.Sevinc salfeti əlinə alıb gülümsədi.Üzünü quruladı.
-Artıq dözə bilmədim.Hər şeyin bir vədəsi var.Mənimdə ömrümün vədəsinə az qalıb.Son dəfə sizi görmək istədim.Səsinizi eşitmək,üzünüzə baxmaq istədim.
-Bu qədər gözləməyinizə ehtiyac yox idi.İstədiyiniz vaxt bizi görə bilərdiniz.Sizə heç kim mane olmazdı.
-Mən çox utandım sizdən.Qarşınıza çıxsam verəcəyiniz reaksiyadan qorxdum.
-İnsanlar evlənə bilər,boşana bilər.Ancaq hər ikisi də hörmət çərçivəsində olmalıdır.Hörmət çərçivəsində olmayanda burada ən çox uşaqlar əziyyət çəkir.Ona görə də,əsas məsələyə keçin.Bizi niyə görmək istəmisiniz?Vicdanınızı susdurmaq üçün?
-Atamla belə sərt danışa bilməzsiniz.Sizə heç kim bu haqqı vermir.
-Mənə yaşadıqlarım bu haqqı verir.
-Amil Azər nə deyirsə,düz deyir.Uşaqlar, mən sizdən halallıq almaq istəyirəm.Son dəfə necə bir insan olduğunuzu görmək istəmişdim.Elə bilirəm ki,sizdən halallıq almasam,sizi görməsən ölə bilməyəcəm.
Özü susdu.Yanındakı qadın danışmağa başladı.
-Bəzən o qədər ağrısı olur ki,sizin adınızı sayıqlayır.Sanki sizinlə danışırmış kimi danışır.
-Vaxtında anamı tərk etməsə idi,mədəni şəkildə ayrılsa idi bunların heç biri olmayacaqdı.Tərk etdiyində belə gəlib bizi görmək istəsə idi,gələrdi.Bizi bura anam göndərdi.Dedi ki,gedin atanızı görün.Mənim anam bir dəfə onun haqqında pis bir şey danışmadı.Onu bizə pisləmədi.Çox əziyyət çəkdi,ancaq dinmədi.Günlərlə ac qaldı,ancaq qoymadı biz ac qalaq.Onda yadına düşürdükmü?
Heç nə demədi.
-Azər mən səni də,Sevinci də çox istəyirəm.
-Orada dayan.Bir insanı çox istəmək onu tərk edib getmək deyil.Onu çətin anında yanlız buraxmaq deyil.Mənə de görüm bizim haqqımızda nə bilirsən?Sən 10 yaşlı Azərlə,1 yaşlı Sevinci tanıyırsan.Bəlkə də onları da tam tanımırsan.Ancaq indi mənim 30,Sevincin 21 yaşı var.De görüm bizim haqqımızda nə birisən?Bilirsən biz nə vəziyyətdə yaşayırıq?Ya da təhsil ala bilmişikmi?Heç nə bilmirsən.Heç nə bilməməyidə sən özün istəmisən.Son günlərində bizi çağırmaqla 20 ilin boşluğunu doldura bilməzsən.Mən səni anlamıram.Mən də bir atayam.Qızımı bir saat görməyəndə burnumun ucu göynəyir.Onu ürəyimə salıb orada saxlamaq istəyirəm.Bütün pisliklərdən,bəd nəzərlərdən gizlətmək istəyirəm.Mən sənin əksinə övladım üçün canımdan keçərəm.Mənim onu incitməyə əlim gəlməz.Mən qızımın yarası olmamaq üçün çalışıram.Qızım mənim adım gələndə pis olmasın deyə gecəmi-gündüzümə qatıram.
Partlamışdım artıq.Sonunu düşünmədən içimdə olan zəhəri tökürdüm.
-Bilirsən heç neçə dəfə ölümdən dönmüşəm?Sevinc uşaq vaxtı tez-tez xəstələnərdi.Qızdırmasını sala bilməzdik.Sən heç dəyər verdiyin bir insan üçün narahat olmaq nədir bilirsən?
Çiynimi açıb orada olan yara izini göstərdim.
-Yadındadır bu yara necə olmuşdu?Mən heç unutmamışam.Velosipedim olmağını çox istəyirdim.Ancaq sən mənə almamışdın.Mən də qonşunun uşağının velosipedinə minmişdim.Qarşıma böyük bir daş çıxmışdı.Tarazlığımı itirib yıxılmışdım.Yerdə olan böyük şüşə çiynimə batmışdı.Sən gəlib hələ mənim üstümə qışqırmışdın ki,niyə camaatın velosipedinə minib yıxılırsan.Mən sırf bu yaraya görə bədənimdən iyrəndim.Bədənimdə onlarla yara izi,bıçaq izi,yanıq izi var.Ancaq heç bir yaram bu qədər ağrıtmamışdı.

Fələyin oyunuHikayelerin yaşadığı yer. Şimdi keşfedin