bölüm 42

70 13 7
                                    

Hər gün minlərlə insan doğulur və minlərlə insan bu həyata gözünü yumur.Bu həyata gözünü yuman insanların arxasıyca bir neçə gün danışılır.Onu yad edirlər,sonra tədricən unudulur.Elşad kişinin ölümündən 2 ay keçmişdi.Böyük 40 mərasimi verilmişdi.Azər də öz növbəsində bu məclisdə canla-başla iştirak etmişdi.Bibisi Azəri heç tək buraxmırdı.Fürsət tapdıqca onu qucaqlayır,sanki ondan güc alırdı.Uşaqlar bu müddət ərzində arıqlamışdılar.Ancaq ikisidə dərslərini yaxşı-yaxşı oxuyurdu.Onlar atalarına söz vermişdi.Dərslərini yaxşı oxuyacaq və istədikləri peşəyə sahib olacaqdılar.Amil bu il imtahan verəcəkdi.O polis olmaq istəyirdi.Bu yolda ilham aldığı insanlardan biri də Azər idi.Azər qədər boyu uzun deyildi Amilin.Ancaq bu boy onun polis akademiyasina qəbuluna bəs edərdi.Azər bu vaxt ərzində bir dəfə tapşırığa getmişdi.Hafsa Azərlə danışıb işləmək istədiyini bildirmişdi.Azər təbii ki,Hafsaya dəstək olmuşdu.Bir müddət Bakını gəzdirib onu əsas yerlərlə tanış eləmişdi.Azər daim uşaqların və Solmaz xanımın halı ilə maraqlanır və onların korluq çəkməyini istəmirdi.Solmaz xanım onsuzda işləyirdi,ancaq o yenə də əlindən gələni uşaqlara eləyirdi.
*************
Azər işdən çıxıb atasıgilin qaldığı məhəlləyə sürdü.Əynində paltarı,üzündə maskasl var idi.Ancaq gözləri görünürdü.Çünki,Azərin məlumatları məxfi idi.Onlar xüsusi təyinatlılar idi.Üzlərini formada olanda ətrafdakılara göstərmək haqları yoxdur deyə üzünə də maska taxmışdı.Azər Sevincə bir köynək almışdı.Sonra həmin köynəyin daha balaca ölçülüsündən Ayana,ona bənzərini isə Amilə almışdı.Bir baxıma özlərinin bir-birinə oxşar geyinməyini istəmişdi.Amilin köynəyindən ondada var idi.Blokun ağzına çatıb Ayana yığdı.Bu saatlarda Amil hazırlıqda olurdu.
-Alo,Ayan salam.Necəsən?
-Alo,yaxşıyam.Siz necəsiz?-Ayan hələ də onunla danışanda çəkinirdi.Çox istəyirdi,ancaq onunla danışanda rahat ola bilmirdi.
-Çox sağ ol,mən də yaxşıyam.Blokun ağzına düşə bilərsən?Sənə bir paket verməliyəm.
-Hə,gəlirəm indi.
Ayan anasına xəbər eləyib aşağı düşdü.Qardaşı formanın içində yıxılmaz bir dağ kimi görsənirdi.Üzündə balaca təbəssüm oldu.Eyni zamanda yanaqları qızarmağa başladı.Bir zamanlar atasıda belə dayanardı.Bəzən uzaq fikirlərə dalar saatlarla danışmazdı.Bu fikirlər burnunun ucunu göynətdi.Atası üçün çox darıxmışdı.
-Xoş gəlmisiz.Gəlin yuxarı gedək.
-Yox,Ayan belə yaxşıdır.Sən bu paketləri götür.Bazar günü sizi gəzməyə aparanda bu paltarları geyə bilərsiz?İçindəkilərdən biri sənin,biri Amilindir.
-Bunlara heç ehtiyac yox idi.Ancaq çox sağ olun.Bunları da geyinmək bizim gözümüz üstə.
Küçənin o başından Amil hazırlıq sinif yoldaşları ilə söhbət eləyə-eləyə gəlirdi.Ayanın yanında kiminsə olduğunu gördü.Əvvəl Azəri tanımadı.Tez uşaqlarla sağollaşıb Ayanın yanına addımlamağa başladı.
-Ayan?!
Ayan başını çevirib səsin gəldiyi tərəfə baxdı.Qardaşının onu çağırdığını görüb sakitləşdi.Ayan yüksək səsdən qorxardı.Ətrafında rəfiqəsi də yox idi.
-Amil salam.
-Salam.Uzaqdan səni tanımadım.Ayan tanımadığı heç kimlə danışmaz.Ona görə də,qorxdum.Üzürlü say.
-Problem deyil,dərslər necə gedir?Bir narahatlıq yoxdur?
-Yox,narahat olma.Hər şey yaxşıdır.
-Onda bazar günü görüşərik.Sizi gəlib mən götürəcəm.
Amil və Ayan blaka girdilər.Amil üzünü Azərə çevirib:
-Forma yaraşıb.Özünü qoru.
-Allah sənə də qismət eləsin.
Evdə Fərəhi sajitləşdirə bilmirdilər.Səhərdən narahat olan uşaq dayanmadan ağlayırdı.Azər Fərəhin səsini eşidib narahat oldu.Qapını açan anasından vəziyyəti soruşdu.
-Səhərdən ağlayır.Sakitləşdirə bilmirik.
-Hafsa azca mənə ver.Sən dincəl.Bəlkə məndə sakitləşə.
Fərəh Azərin qucağına gedib sakitləşdi.
-Qızım sən niyə ağlayırsan?Niyə şüvənliyinə salmısan bu qədər camaatı yığmısan başına?
-Atta,taa..
-Kim dəyib mənim qızımın xətrinə,hə?De gedim döyüm.
-Na,nan.
-Ana?Ay Hafsa,sən niyə Fərəhi incitmisən?
-Valla,ben senin kızına hiç bir şey yapmadım.
-Ih,yo.
Fərəh atası üçün darıxmışdı.İndi də onu əzizləyən Azərə nazlanırdı.
-Qızım,ata əynini dəyişsin sonra oturaq yemək yeyək.İcazə verirsən?
Fərəhdən səs çıxmadı.
-Qaqaş,çox qarınqulu qızın var.Yemək yediyi bir saat olmaz.Nə vaxt baxırsan acdı bu uşaq.
Azər bacısının bu dediyinə güldü.
-Elə özünə oxşayıb.Uşaq vaxtı Azər də çox yemək yeyirdi.
**************
Bazar günü gəlib çatmışdı.Azər Sevinc,Hafsa,Fərəhlə birgə Amil və Ayanı götürməyə gedirdi.Sevincə istədiyi köynəyi geydirə bilmişdi.Uşaqlar Fərəhi birinci dəfə idi ki,canlı-canlı görəcəkdilər.Hələ araları tam düzəlməmişdi.Hər iki tərəfdə ehtiyatla,təmkinlə davranırdı.Gəlib çatanda onlara zəng vurdu.Ayan çox həyəcanlı idi və bu həyəcanını heç cür gizlədə bilmirdi.Amil isə öz hisslərini Ayana sataşmaqla gizlədirdi.Ayangil gəlib maşına oturdular.
-Salam.Hər vaxtınız xeyir.
-Salam.Necəsiz?-Hafsa yavaş-yavaş Azərbaycan dilində danışmağa başlamışdı.Düzdür,danışığı bir az gülməli çıxırdı ancaq öyrənirdi.Fərəh də Azərbaycan dilində danışırdı.
-Biz yaxşıyıq.Siz necəsiz?
-Şükür bizdə yaxşıyıq.
-Hafsa,Fərəhi arxadakılara ver.
Fərəh maşın dayananda anasının qucağına getmək istəmişdi.Hafsa Fərəhi Ayana verdi.Ayan çəkinən tərəfini bir tərəfə qoyub Fərəhi oynatmağa başladı.
-Sən nə qəşəngsən belə.
Fərəhdə öz növbəsində danışırdı.Çoxda susduğu söylənməzdi.
-Uşaqlar,aclığınız var?Birinci gəzək,yoxsa yemək yeyək?
-Mən hələ ac deyiləm.
-Mən də.
-Yaxşı onda gedirik gəzməyə.
-Atta,get.
-Qızım niyə əsəbləşirsən,gedirik.
Deyib,gülməli keçən bir yoldan sonra şəhərin mərkəzinə gəldilər.Azərin içində qəribə bir sevinc var idi.Elə Ayanla,Amilində.Onlar ataları xəstə olandan sonra istədikləri kimi heç yerə gedə bilməmişdilər.
Azər hər kəsin üzündə reaksiyalara baxdı.Sonra onlardan bir az aralıda pambıq satılan yeri gördü.Amilə göz eləyib yanına çağırdı.Amil qardaşının yanına getdi.Azər bir qolunu Amilin boynuna keçirdi.
-Amil pambıqdan götür.
-Neçə dənə götürüm?
-Özünə,Ayana,Sevincə,Hafsaya,Fərəhə.
Amil Azər saydıqca əlinə alırdı.Azər pulunu verib yenə qolunu Amilin boynuna keçirdi.Amil əlindəkiləri xanımlara payladı.Fərəh pambığı paketi ilə yeməyə başlayırdı.
-Qaqaş,sənin qızın həqiqətəndə qarınquludur.
-Qızıma sataşma.
-Sənə qızın üzərindən sataşmaq daha zövqlüdür.
-Aaaaaa.
Fərəhin reaksiyası hamını güldürdü.Ağzı,burnu şirni olan Fərəhə heç nə maraqlı deyildi.Azər hər zaman yanında gəzdirdiyi nəm salfeti çıxardı.Hərəsini birinə verdi.Fərəhin ağzını təmizləyib yanağından öpdü.
-Uşaqlar 3 günə Fərəhin ad günündür.Sizdə dəvətlisiz.Ancaq dəvət olunmuş qonaqlar kimi yox məclis sahibi kimi gələcəksiz.Solmaz xanıma da deyin.
                      ***************
Hər kəs masanın ətrafına yığılmışdı.Gödəkcələri çıxaranda hamı təəccüblənmişdilər.Azər yaratdığı situasiyaya qürurla baxırdı.Hafsa Azərə baxıb göz qırpdı.
-Uşaqlar əslində sizi bura yığmaqda fərqli bir məqsədim var.Bunu Hafsa ilə danışdıq.Baxın biz sizinlə yeni tanış olmuş ola bilərik,ancaq bu sizin bizdən çəkinəcəyiniz mənasına gəlmir.Bayaqdan baxıram biz söhbət eləyəndə özünüzü kənara çəkirsiz.Ancaq sizdə söhbətlə qoşulun.Siz yad deyilsiz,ailənin bir üzvüsünüz.Siz danışmadığınız müddətdə biz sizi tanıya bilmərik.Uşaqlar mən sizin yanınızdayam.Maddi,mənəvi.Siz mənə probleminizi deməsəniz mən sizi anlaya bilmərəm.Sizin mənim gözümdə Sevincdən fərqiniz yoxdur.Yanında sıxıldığınız,çəkindiyiniz axırıncı insan mən olum.Mən yoxamsa,sözünüzü Hafsaya,Sevincə deyin.Özümü düz izah eləyə bildim?
-Mənə bəzən elə gəlir ki,biz olmasa idik siz atasız qalmazdınız.
-Ayan gəl belə danışaq.Atam gedəndə mənim 10 yaşım var idi.Üstündən 20 il keçib ancaq hələ Amilin 17 yaşı var.Yəni,bizim atasız qalmağımızda sizin heç bir günahınız yoxdur.Hər insan ömrü həyatında səhvlər eləyər.Hər səhvinində müəyyən nəticəsi olar.Onsuzda biz indi özümüzü günahlandırsaq belə itirdiyimiz zaman geri qayıtmayacaq.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jan 19 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Fələyin oyunuHikayelerin yaşadığı yer. Şimdi keşfedin