Bəzi anlar vardır.Dünyanın dayandığını və hər şeyin yox olduğunu hiss eləyərik.Sanki dünyada bizdən başqa heç kim yoxmuş kimi gələr.Maşınlar dayanar,insanlar yox olar,sular durular.
-Mən səndən sadəcə qayğı istədim.Sənin xoşuna gələ bilmək üçün,məni çox istəməyin üçün dəridən qabıqdan çıxardım.Dərsləri yaxşı oxuyurdum,nadinclik eləmirdim,ancaq sən məni bəyənmirdin.Hamı mənlə Sevincin necə ağıllı uşaq olduğunu deyərdi.İmkanı olsa daşda dilə gəlib danışardı.Ancaq sən anlamadın.Mən hər gecə qorxu içində yatırdım.İndi anamı döyər,bu dəqiqə anamı döyər.Sən mənə bir uşaqlıq borclusan.Mənim 30 yaşım var,amma hələ də atası ilə vaxt keçirən uşaqlara heyranlıqla baxıram.Mən sənin kimi biri olmamaq üçün hər gecə Allaha yalvarırdım.Yəqin ki uşaqlarının hər ad günündə yanında olmusan.Ən azından təbrik eləmisən.Mənim isə ad günümdə həmişə gözüm yollarda qalardı.Bəlkə bu gün gələr.Ancaq mənim bunları düşündüyüm vaxtda sən onsuzda xoşbəxt imişsən.Yeni ailən,uşaqların.Sənin kefin kök imiş.Heç birində gözüm yoxdur.Bu günə qədər yaşadığım bütün anlara şükür olsun.Mən hər dəfə rütbə qazananda deyirdilər əhsən sənə kişi oğlu.Daha deyə bilmirdim ki,mənim atam bizi bəyənməyib mən balaca olanda bizi atıb gedib.
Birinin qoluma toxunmasıyla özümə gəldim.
-Azer sakinleş.Her şeye kıza bilirsin.Bağır,çağır,kır,dök ancak kendine zarar verme.Kendine zarar verdiğin an karşında beni bulursun.Birileri sana evlat olman şansı vermediyse bu onların hatası.Sen çok iyi bir evlat,iyi bir abi,iyi bir eş ve babasın.Senin daim yanında olman gereken bir annen,kardeşin,karın ve kızın var.Sen çok iyi bir babasın.Hani bana demiştin ya ben babama benzemek istemiyorum diğe.Sen Ferehi gözünden sakınıyorsun.Burada senin hiç bir suçun yok.
-Qaqaş,gedək.Nəfəs ala bilmirəm, buradan çıxaq.
Sevinc köynəyinin yaxasını çəkirdi.Asması tutmuşdu.Çox həyəcanlananda,ya da çox stressli olanda asması tuturdu.Hafsa çantasına atdığım spreyi çıxarıb Sevincin boğazına püskürtdü.Atamın qızı durub su gətirdi.Suyu yavaş-yavaş Sevincə içirdim.
-İki dəqiqə otur.İndi gedəcəyik.Nəfəsin yerinə gəlsin.
Sevincin yaxşı olduğu qənaətinə gəldikdən sonra ona durmağına kömək elədim.Hafsa keçib digər tərəfdən onun qolundan tutdu.Qapıya tərəf getdik.
-Azər məni heç bağışlama.Ancaq səndən bir xahişim var.Mənə nəsə olsa, Ayanla Amil sənə əmanətdir.Onları səndən başqa heç kimə əmanət eləyə bilmərəm.Bunu səndən atan olaraq yox,adi bir insan olaraq istəyirəm.Bir də mümkün olsa,son dəfə səni nəfəsim də görmək istəyərəm nəvəmlə birlikdə.
Heç nə demədim.Deməli sözümdə bitmişdi.Söz deməyə taqətim də qalmamışdı.Çölə çıxanda səmaya baxıb dərin nəfəs aldım.Sanki keçmişin bütün yüklərini o qapının ardında qoymuşdum.Ancaq indi heç nə düşünmək istəmirdim.Başımı anamın dizinə qoyub yatmaq istəyirdim.Yazdığım bəzi bölümlər çox duyğu yüklü olur.Bu bölüm də onlardan biridir.Belə bölümlər qısa olsa da,insanda dərin iz buraxır.Bölüm barədə,kitab barədə fikirlərinizi bildirməyi unutmayın.Dəstəklərinizi gözləyirəm🧡.

ŞİMDİ OKUDUĞUN
Fələyin oyunu
PoetryXüsusi təyinatlı hərbiçi Azər Rüstəmov, Türk həkim Hafsa Öztürk. ~ Keçmişi yaralı olan iki gənc və onların hekayəsi