Ölüm.... 4 hərf, 4 səs.Bəziləri üçün bir son, bəziləri üçün isə başlanğıcdır ölüm.Bir qrup insanın düşüncəsində insan öldükdən sonra bu dünyadakı içgəncələri bitir və onun axirətdə çox gözəl şeylər gözləyir.İnsanlar ölür, meyidləri çürüyür, üzərində illər keçir ancaq onların başqalarının həyatında buraxdığı izlər getmir.Kiminə yaxşı xatirələr, kiminə pis...İnsan oğlu yaltaq və eyni zamanda qorxaq varlıqdı.Deyilənə görə insan ölməmişdən əvvəl öləcəyi ona məlum olurmuş. O da elədiyi pis əməllərdən qorxub, ondan digər tərəfdə soruşulacaq suallardan çəkinib yaxşı əməllər eləməyə başlayır. Qəlbini qırdığı, pis vəziyyətə qoyduğu insanlardan üzr istəməyə başlayır. Onlara özünü acındırır. Nəhayət, həmin insanlardan "Haqqımı halal edirəm" sözünü eşidir və rahatlaşır. Vicdanı bir azda olsa susur, gecələr yuxusuna həmin insanlar gəlmir. Ancaq eyni zamanda qarşı tərəfi də fikirləşmək lazımdır. Bir cansız "bağışla" sözü ilə qırılan qəlb sağalırmı, ya da illərlə daşınan yükün ağırlığı azalırmı?!Həyatın qəribə üzlərindən biri də budur.Bir anda sanki hər şey belə olmalı imiş kimi gəlir.
Azər yuxulu olduğuna görə elə bildi ki, Sevinci səhv başa düşür.
-Nə olub?Sən nə danışırsan?
-Qaqaş, yalan danışmıram. Nolar onun yanına gedək.
Elə bu vaxt Leyla xanım koridora çıxdı.
-Ana Sevinc düz deyir?
-Hə,oğlum.Allah rəhmət eləsin.
-Əynimi dəyişib gəlirəm.Sevinc səndə hazırlaş.Hafsa da bizlə gəlsin. Ana sən Fərəhə baxarsan.
Azər bir anda əli-ayağı bir-birinə dolaşmışdı. Əynini necə geyindiyini, maşına necə mindiyini, atasıgil qalan məhəlləyə necə sürdüyünü bilmirdi.Blokun qarşısında bir-birinə qarışmış səslər var idi.Qonum-qonşu Solmaz xanımın qışqırtısına onlara yığışmışdı.Demək olar hamının Elşad kişinin xəstə yatdığından xəbəri var idi.Qonşuları Solmazın səsini eşidən nəsə baş verdiyini başa düşmüşdülər.
Azər camaatı yara-yara yuxarı çıxmağa çalışırdı.İnanmağı üçün gözü ilə görməli idi.Qulaqları ilə eşitdiyi söhbətlərin doğru olma ehtimalını beyni qəbul eləmirdi. Yox ola bilməzdi axı. Bir neçə saat əvvəl Elşad kişi yaşayırdı.
-Bala hara gedirsən? İçəridə qadınlardır.
-Siz kimsiz?
-Qonşularıyıq. Sən hələ getmə. İçəridəki qadınlar çıxsın sonra gedərsən. Sən təzə gələn qonşusan. həm tanıyıb eləmirsən içəridə nə işin var?!
-Atama baxmağa gedirəm.
-Elşadın oğlu yoxdur axı?!
Azərin suallara nə cavab verməyə taqəti, nə də insanlar arasında iki dəqiqədə formalaşan fərziyələri dinləməyə gücü var idi.Sanki qanı çəkilmişdi. Sevinc və Hafsanı öz tərəfinə çəkib pilləkənləri qalxdı. Evin qapıdı açıq idi.Evin koridorunda və çöldə neçə dənə ayaqqabı cütü var idi.Azər vaxt itirmədən içəri keçdi. Bayaqkı kişinin sözlərində həqiqət var imiş. İçəridə nə qədər qadın var idi.Hər biri divanın başına yığışmış Solmaz xanımı sakitləşdirməyə çalışırdılar. Bəziləri uşaqları tutmuşdu. Meyidə tərəf baxmağa qoymurdu.Uşaqların halı da hal deyildi.İkisinində gözləri, üzləri qıp-qırmızı olmuşdu. Nəticə də onlarda atalarını itirmişdilər.Yaşından asılı olmayaraq hər bir insan üçün valideyn itkisi ağır zərbədir. O ki qaldı bunlar uşaqdırlar.
Azər divanın yanına getdi.Sevinc qardaşının qolundan bərk-bərk tutdu.Azər divanın üzərində uzanmış, üzərinə ağ döşək üzü atılmış meyidi görəndə hər şeyi anladı. Solmaz qadının artıq gücü tükənmişdi. Bayaqdan yüksək səslə ağlayır, yoldaşın arxasınca ağılar qoşurdu. Ancaq indi sanki özündən gedəcəkdi.Rəngi ağarmış, əlləri sarı rəngə bürünmüşdü.Tez özünü onun yanına çatdırdı. Azər kin saxlamağı sevməzdi. Bu qadının da, uşaqların da heç bir günahı yox idi.
-Hafsa su gətir.
Qadını tutub özünə söykədi.Solmaz bir an başını qaldırıb yoldaşına oxşayan o oğlana baxdı. Ancaq 30 yaşında birisini yox, 10 yaşında olan birisini gördü o gözlərdə. Tərəddüd belə eləmədən Azəri qucaqladı.Hönkürtüsü aləmi bürüdü. Azərin gəldiyimi görən uşaqlar tez onun yanına qaçdılar. Atalarına bənzəyən insana sığındılar. Bir zamanlar atalarının qollarına belə sığınardılar və onlara elə gəldi ki, ataları dünyanın ən güclü insanıdır. Ancaq indi o güclü insan ruhunu Tanrıya bəxş etmişdi. Azərində qolları insanı güvəndə hiss elədirdi.Atası Ayana söz vermişdi ki, Ayanın son zəng günündə iştirak edəcək. Ancaq bu sözünü reallaşdıra bilməmişdi.
*******************
Qəbirsanlığa adamlar yığışmışdı. Tabutu Elşad kişi üçün alınmış yerə aparırdılar. Tabutu ən başda Azər tutmuşdu. Bir övlad olaraq atasına qarşı son vəzifəsini yerinə yetirirdi.Atasını son mənzilə yola salırdı. Əlinə beli götürüb torpaq atmağa başladı. Hər dəfə atdıqca sanki Solmaz xanım, uşaqlar, Sevinc,hətta Hafsa daha çox ağlayırdı.Sona qəfər Azər əlindəki beli yerə qoymadı. İşini bitirən kimi özünü Solmaz xanıma yetirdi.
-Azər o sizi, nəvəsini son dəfə görmək istəyirdi. Ancaq əcəl imkan vermədi.Bəzən gizlin-gizlin ağlayardı. Görmədi getdi.
-Özünüzü ələ alın. O sizi belə görmək istəməzdi. Qismətində yox imiş.
Çıxan guppultuya hamının baxışı o tərfə döndü. Azər Solmaz xanımı Hafsaya tapşırıb ora qaçdı.Kitab bölümü yazmaq üçün həqiqətən darıxmışdım. Sizi də çox gözlətdiyimin fərqindəyəm.Lakin dərslərimdən bura vaxt ayıra bilmirdim.Üzürlü sayın. Sizi melanxolik bir bölümlə baş-başa buraxıram❤️
ŞİMDİ OKUDUĞUN
Fələyin oyunu
PoetryXüsusi təyinatlı hərbiçi Azər Rüstəmov, Türk həkim Hafsa Öztürk. ~ Keçmişi yaralı olan iki gənc və onların hekayəsi