Evə gəlib əynimizi dəyişdik.Anamı hələ görməmişdim.Üzünə necə baxacağım haqqında heç bir fikrim yox idi.Əslində bu mövzuda heç bir günahım yoxdur və günahım olmadığını bilirəm.Qonaq otağına keçdim.Anamın başından öpüb Fərəhi qucağından götürdüm.Sevinc evə gələndən sonra otağından çıxmamışdı.Bu onun adəti idi.Kefi olmayanda öz otağına çəkilər,olan-bitəni çək-çevir edərdi.Hafsa çayları gətirib önümüzə qoydu.Bu gün bir daha Allaha onu mənim qarşıma çıxardığı üçün şükür elədim.Orada məni sakitləşdirən,məni özümə gətirən Hafsa idi.Fərəhi qucaqlayıb boynundan iynədim.Özünə xas olan qoxusunu ağciyərlərimə doldurdum.Fərəhi hər dəfə görəndə özümə bu sualı verirəm."Görəsən,ona yaxşı bir ata ola bilirəm mi?"
-Oğlum,yaxşısan?Sevinc hanı?
-Yaxşıyam,ana, yaxşıyam.Sevinc otağındadır.Ana sənə bir sual versən olar?
-Ver balam.
-Ana sən onunla necə tanış olmusan?
-Oğlum,mənim atam çox sərt birisi idi.Biz onun yanında ağzımızı açıb bir şey deyə bilməzdik.Onun yeməyi xüsusi olardı.Birdə tək düşüncəsi var idi.Qızlarını tez evləndirmək.Məktəbdən hamımızı 9-cu sinifdən çıxarmışdı.Biz ev işlərinə kömək eləyirdik.Bacımı 17 yaşında evləndirdi.O vaxtlar belə qayda-qanun yox idi.Hərə öz istədiyini eləyirdi.Bacım evlənəndən sonra sıra mənə çatdı.Xalanla aramızda 2 yaş olmağına baxmayaraq o məndən böyük görsənirdi.Boyu hündür idi,çəkisi yerində idi.Mən arıq,çəlimsiz idim.Həmişə də anam deyərdi ki,səni heç kim almayacaq.Nəysə,elə oldu ki,mənim 18 yaşıma qədər heç kim bizə elçi gəlmədi.Mən necə sevinirəm ki,bəs tez evlənməyəcəm.Ancaq kənddəkilər elə demirdi.Onlara görə mən evdə qalmışdım.Bir gün atam gəldi dedi ki,bəs Leylaya elçi düşüb.İndi anam necə sevinir.Bütün kəndə car çəkib.Elə bil mən yox, o evlənəcək.Mən də heç nə deyə bilmirəm.Həmin günün axşamı tanışlığa gəldilər.Sən onun cavanlığına oxşayırsan.Onunda boyu dənin kimi hündür idi,qara qaşları,qara gözləri var idi.Ancaq üzündə qəribə bir mimika var idi.Əvvəl bu mənim diqqətimi cəlb elədi.Sonra dedim ki,yəqin özü belədir.Fikir vermədim.Tez bir vaxtda nişan sonra toy elədilər.
-Ana heç arada fikirləşirsən ki,kaşki onunla evlənməsəydim?
-Yox.Mən bu yaşa qədər hər yaşadığımı qəbul eləmişəm.Mən evlənməsə idim,mənim sizin kimi iki gözəl balam olmazdı.Gəlinim olmazdı,Fərəh olmazdı.Yəni Azər mən hər yaşadığıma həmd eləyirəm.
Anama bir daha heyran oldum.Mənim düşüncəmdə dünyanın ən güclü insanıdır.Hafsaya üzümü çevirəndə onun gözlərində mənimlə eyni ifadəni gördüm.
Çaylarımızı içib otaqlara dağılışdıq.Hafsa Fərəhi yatızdırırdı.Mən isə elə belə uzanıb tavana baxırdım.Fərəh yatandan sonra onu aldığımız beşiyə yatızdırdı.Başındakı şalı açıb yanıma uzandı.Saçları çox qəşəng idi və mən onun saçlarını məndən başqa heç kimin görməyini istəmirdim.Belə baxanda məndən başqa heç kim də görməyəcəkdi.Qolumun birini qaldırıb onu yanıma çağırdım.Sanki öz yerini,yurdunu tanıyırmış kimi gəlib başını sinəmə qoydu.
-Azer her şey güzel olacak.Ben inanıyorum.Sadece seni böyle görmeğe dayanamıyorum.Yüreğim acıyor.Sen güçlüsün ve bununda üstesinden geleceksin.Seni çok iyi anlıyorum.Aynı duyguları bende yaşadım.O yüzden her zaman yanındayım.Şunu unutma sen iyi bir eş,iyi bir evlat,iyi bir abi ve iyi bir babasın.İyi ki varsın.
-Hafsa səndə yaxşı ki varsan.Nə yaxşı qarşıma çıxmısan.Sənin yanımda olduğu bilmək mənə güc verir.Mən səndən güc alıram.İnşallah daha yaxşı olacağam.
Burnumu saçlarına apardım.Həmişə gələn çiçək iyi məni rahatlaşdı.Hafsa ev kimi qoxurdu.Yavaş-Yavaş gözlərimi yumdum.
**********
Gələn səslərlə gözümü açdım.Otağımızım qapısı döyülürdü.
-Qaqaş,oyanın.
Sevincin ağlamaqlı çıxan səsi ilə tez yerimdən durdum.Hafsa da gözlərini açıb yerindən durdu.
Qapını açıb kolidora çıxdım.
-Sevinc nə olub?
Bir tərəfdən ağlayır,bir tərəfdən nəsə deməyə çalışırdı.Anamın səsi içəridən gəlirdi.
-Gözəlim,nə olub?Anaya nəsə olub?
-Yox, anaya heç nə olmayıb.Amma o...
-Kim?Sevinc mənə nə olduğunu de ki,məndə sənə kömək eləyə bilim.
Bir tərəfdən gözyaşlarını silirdim.
-O keçinib.Anaya xəbər veriblər.Hər birinizə salam.Axşamınız xeyir.Dərslərim çox olur.Hazırlıqlardan evə gec gəlirəm.Bölümlərin gecikməyinin əsas səbəbi budur.Məni anlayacağınızı düşünürəm.Gələn bölümdə görüşmək üzrə💜

ŞİMDİ OKUDUĞUN
Fələyin oyunu
PoetryXüsusi təyinatlı hərbiçi Azər Rüstəmov, Türk həkim Hafsa Öztürk. ~ Keçmişi yaralı olan iki gənc və onların hekayəsi