Həyat sonu bilinməyən bir oyundur.O oyunun iştirakçıları da bir-birimi tanımır. Onlar həyatın bəzi məqamlarında bəzən qarşı-qarşıya,bəzən yanaşı olurlar.İnsanların bəziləri bu oyunda məna axtarmağı üstün tutur,bəziləri isə hər şeyi öz axarına buraxıb anı yaşamağı hər şeydən üstün tuturlar.Azər heç vaxt anı yaşamağa öyrəşməmişdi.Həyat şəraiti buna imkan vermirdi.Onun həmişə düşünməli olduğu şəxslər var idi.Azər Hafsa ilə birgə çox şey öyrənmişdi.Hafsanın gözündə Azər onların qəhrəmanı idi.Ancaq o hələ də Azərin hansı yaralarını sarıdığını bilmirdi.Yorulmuşdu Azər.Onun dincəldiyi yegane yer var idi.Hafsanın yanı.Bir onun gözlərinə baxanda,ona toxunanda,onu hiss eləyəndə sakitləşirdi.
Azər özündən getmiş Ayanı qucağına aldı.Qızın eyni anda yaşadığı şeylərə cılız bədəni dözə bilməmişdi.Hamı iki dəqiqədə qızın başına yığışdı.Hamı bir anlıq sanki ölünü unutdu.Həyatda belədir əslində.Hər gün başımıza onlarla hadisə gəlir.Hər biri bizi müəyyən qədər yaralıyır.Ancaq sonra unudulur ya da digər yaşadığımız şeylər onu dərinə aparır.Zaman-zaman yadımıza düşür.Ancaq onda da "eh" deyib keçirik.
Ayanı oyadıb özünə gətirdilər.Onları bir güclə qəbirstanlıqdan çıxarıb evə gətirmişdilər.Evdə də adam çox idi.Nə gələn,nə gedən qutarırdı.Elşad kişinin yaşadığı ərazidə xətrini istəyən çox idi.Ancaq heç kim onun bir oğlu və bir qızı da olduğunu bilmirdi.Hər kəs həyatında ən az bir dəfə çox böyük bir səhvə yol verər.Uşaqlarını atıb getməktə Elşadın ən böyük səhvi idi.İndi hər kəsin içərisində boy göstərən bacı-qardaş çox adamın maraq dairəsində idi.Hər kes necəsə onlar haqqında məlumat almağa çalışırdı.Azər,Sevinc və Hafsa ev yiyəsi kimi gələnlərə qulluq eləyirdilər.Çünki Solmaz xanımın vəziyyəti pis idi.Uşaqlarsa otağın bir küncündə oturmuşdular.Onlara sual veriləndə cavab verirdilər.Bu cavablarda başdan getdi idi.Əlində olan halvaları Azərin əlindəki siniyə qoydu Hafsa.Özü də sinilərdən birini götürüb qadınların yanına apardı.
-Gəlinbacı,mən normalda halvanı çox sevərəm.Ancaq halvanın dadı insanın öz evində bişməyənə qədər şirin gəlir.
-Her şey iyi olacak.İnan bana.
Otağa girəndən sonra susdular.Yeni gələnlərə halva verdilər.
-Qızlar gəlin oturun.Bayaqdan ayaq üstəsiniz.-Solmaz xanım batmış səsi ilə danışdı.
Sevinc bu qadınla ünsiyyət qura bilmirdi.Bəlkə də bu qadının atası ilə evli olması belə düşündürürdü ona.Ancaq dediyini yerə salmadı.Onlar üçün Solmaz xanım yanlarında yer ayırmışdı.Ora keçib oturdu.Evin içində olan söhbətləri evin çölünə hiss elətdirməməyi anası öyrətmişdi onlara.Ətrafında olan insanların onların kim olduğu ilə maraqlandığını da bilirdi.Ancaq bu mövzunu danışıb atasının və onun ailəsinin adına ləkə gətirməzdi.Bir qadının ona baxması ilə nəsə deyəcəyini anladı.
-Qızım,Allah atana rəhmət eləsin.Sizə də səbr versin.
-Çox sağ olun,ölənlərinizə rəhmət.
Qadın hələ mənə suallar verəcəkdi əgər Hafsa məni çağırmasa idi.
************
Axşam düşmüş,şər qarışmışdı.Qonum-qonşu öz evinə yığışıb getmişdi."Kirbit düşdüyü yeri yandırırdı"Azər çölə qoyulan stolları yığıb qapının ağzına qoydu.
-Solmaz xanım,stolları yığdım.Süfrələri də yığıb qoymuşam.Başqa nəsə olunmalıdırsa,eləyim.
-Yox,Azər.Çox sağ ol,balam.Haqqınızı halal eləyin.
-Halal xoşunuz.
Azərgil artıq getməli idi.Azər uşaqları alnından öpüb kənara çəkildi.İkisidə dolu gözləri ilə Azərə baxırdılar.Hafsa və Sevinc də hər biri ilə görüşdü.
*****************
Evlərinə çatanda hər biri yorğun idi.Kiminin ki fiziki,kiminin ki ruhi.Hər biri səssiz-sədasız evlərinə getdilər.Fərəh bu gün nənəsi ilə yatmışdı.Azər otağa keçib yatağa oturdu.Boğazı yanmağa gözləri dolmağa başladı.Balaca uşaq imiş kimi ağlamağa başladı.Hafsa tez yanına gedib ona dəstək oldu.Gənc qadın bunun nə vaxtsa yaşanacağını bilirdi.İndi ağlayan 10 yaşlı Azər idi.Bu onun son gözyaşı idi və özünə söz vermişdi.Birdə o adam üçün ağlamayacaqdı.Həmin gecə iki gənc yenidən bir-birinə dayaq oldular.Salam.Oxunma sayı ilə ulduzların sayı arasında ciddi dərəcədə fərq var.Sizdən xahiş edirəm,əgər bölümü oxuyursunuzsa uldaza da basın.Dərslərim çoxdu,bəzən ülə olur ki,çatdıra bilmirəm.Ancaq sizin dəstəyiniz mənə enerji verir.
Dəyəriniz,dəstəyiniz üçün çox sağ olun💕

ŞİMDİ OKUDUĞUN
Fələyin oyunu
PoetryXüsusi təyinatlı hərbiçi Azər Rüstəmov, Türk həkim Hafsa Öztürk. ~ Keçmişi yaralı olan iki gənc və onların hekayəsi