Birinci fəsil
Səmada dayanmışdım və bilmirəm niyə görəsə içimdə elə bir hiss vardı ki, sanki qarşımda görünməz tanrının özü dayanıb.
-Mən düzmü edirəm Allahım? Sən məndən razısan?
Mən boşluğa səslənsəm də beynimin içində bir səs yanğılandı.
Bu suala cavab vermək üçün hələ çox tezdi.Yaşa və nəticəni gör.
Mən aşağı düşməyə başladım. Hardansa zəng səsi gəlirdi. Sonra qaranlıq çökdü. Bu mənim qaranlığım idi. Ya da mən sadəcə göz qapaqlarımı içdən görürdüm. Gözlərimi açdım və yataq otağımın tavanını gördüm. Qonaq otağına qoyduğum kabelli telefonuma zəng gəlirdi. Maraqlıdır, bazar günü mən səhər tezdən kimə lazım olmuşam?
Dostlarımın və sevgilimin olmamasını nəzərə alsaq və valideynlərimin məni çoxdan unutduğunu düşünsən deməli bu zəng edən hər kimsə mənim əhvalımın necə olması onu maraqlandırmır.
Mən heç kimin vecinə olmayan insanam.
Mən tənhalıq mücəssiməsiyəm.
Böyük ehtimalla zəng edənə sadəcə mən lazımam. Necə ki, dişlərini yumaq istəyənə diş fırçası, paltarlarını yığmaq istəyənə çəmadan lazımdır. Bunu dərk edirdim və deyim ki, bu heç də xoş bir hiss deyil. Bunu özünüzdə yoxlaya bilərsiniz. Bir dəfə özünüzə sual verin. Görəsən ətafınızda görüyünüz, sizə sevgi və hörmətlə yanaşan insanlar üçün sizin şəxsiyyətinizin nə qədər əhəmiyyəti var. Sizin dostlarınız və yaxınlarınızın neçəsi hər şeyi bir qırağa tullayaraq sizi siz olduğunuz üçün sevir. Ya da boş verin. Çünki təəssüf ki, ətrafınızda belə bir insan yoxdu. Əgər çox yox, üç belə dostunuz varsa dəli olmağa ehtiyac olmadan hər gün bayram edə bilərsiniz. Çünki siz dünyanın ən xoşbəxt insanısınız.
Qayıdaq səhər səhər zırıldayıb məni yuxudan oyadan telefon zənginə. Şübhə etmirəm ki, bu mənim müdirimdir. Onda inkişaf eləmiş mədəniyyət imkan verirdi ki, səhər səhər zəng edib ya məni dünən ki, işimə görə danlasın ya da bazar günü belə olsa məni işə çağırsın. İş deyəndə ciddi bir şey başa düşməyin. Mən səhərdən axşama qədər otağım hesab elədiyim tövlədə oturur və idarənin anbarı ilə bağlı hesabatlar hazırlayıb müdürümə təhvil verirəm. Səhvlərim və qaralamalarımla yazıq kişini təmiz boğaza yığmışam. Amma çox vaxt bunu qəsdən edirəm. Çünki o demək olar ki, hər ay öz piyini artırmaq üçün bizim maaşımızdan kəsir.
Zəng edənə lənət oxuya-oxuya ayağa qalxıram. Telefon dəstəyinə əlimi uzatdığım an hər şeyin dəyişməsi üçün bir işarə oldu. Bəzən həyatda ən böyük hadisələr bu telefon zəngi qədər önəmsiz şeylərdən başlayır. Məsələn sənin qoyun sürün dağda azır və sən onu axtararkən minillik tarixə malik mağara tapırsan. Ya da səni işdən çıxarırlar və sən KFC şirkətini yaradırsan. Həyatımızı dəyişdirəcək hadisələrin neçəsi belə mənasız başlayıb. Eynilə məni bazar günü yatmağa qoymayan telefon zəngi kimi. Mən əlimi dəstəyə uzatdım. Onu qaldırmağım indiyə qədər də yadımdadır.
-Alo.
-Alo. Salam. Bağışlayın narahat edirəm.
Özümü itirirəm. Yüz ildən çoxdur ki, heç kim mənimlə belə nəzakətlə danışmayıb.
-Üzr istəyirəm-müsahibim 30 yaşlı kişi səsi ilə davam edir.-Mən Vüsal Qurbanovla danışıram?
Aha. Burda dayanaq. Sizə demək istədiyim bəzi şeylər var. Ona görə də səbrli və hazırlıqlı olun. Sizə dünyanın ən bədbəxt gəncinin hekayəsini danışacam.
YOU ARE READING
Mənim qaranlıq dünyam
Mystery / ThrillerBu roman hər kəs üçün deyil. Herman Hessenin diliylə desək "yalnız dəlilər üçün". Və bu həmdə sizin hekayənizdir. Çünki sizin hər birinizdə mən varam. Siz hər güzgüyə baxanda məni görürsünüz.