İyirmi birinci fəsil

318 40 53
                                    

Gözlərimi açanda xəstəxanada idim. Tərpənə bilmirdim. Hiss edirdim ki, hər tərəfim sarınıb. Ağlıma birinci o gəldi ki, polislər məni o qədər döyüblər ki, bura gətirilməyimə ehtiyac olub. Amma mən bilməsəm də daha pisi olmuşdu. Onlar məni öldürmüşdülər. Sonra başa düşdüm ki, məni heç nəylə sarımayıblar. Sadəcə artıq mən öz bədənimə söz keçirmək qabiliyyətimi itirmişəm. Bura çox soyuq idi. Başımın üstündə iki ağ xalatlı dayanmışdı. Onlar məni qaranlıq, dar bir qutunun içinə qoyub qapını bağladılar. Bura morq idi. İlahi burda səhvlik var. Mən hələdə hiss edə bilirəm.

Mən ölməmişəm.

Onlar bunu bilmirdilər. Amma mən bilirdim. Mən artıq onlara təsir edə bilmirdim. Və məndən sonrakı dünyanın necə olacağını və ya necə olduğunu heç bilmədim.

Bura çox qaranlıq idi. Mənim ruhumun sığa bilməyəcəyi qədər də dar idi. Hardansa Elşənin səsini eşidirdim.

- Sənə son dərsini vermək istəyirdim. Sadəcə işlər bir az düşündüyüm kimi getmədi.

" Bir az? Sən nə deyirsən Elşən? Mən ölmüşəm. "

- Sənə əslində hər şeyə qadir olduğunu göstərmək istədim. Tanımadığın və dilini bilmədiyin bir ölkədə belə ayaqüstə durmağı bacardın. İngilis dilini öyrəndin, işə girdin və özünə bir həyat qurdun. Yaşamağı bacardın.

" Bacarmadım Elşən. Bu dəfə sən məğlub oldun. Çünki mən bacarmadım. Onlar məni öldürdülər. "

- Özünə haqsızlıq edirsən. Bu sadəcə kiçik bir ayrıntı idi. Bu xoşagəlməz təsadüf idi.

" Bu təsadüf məni öldürdü "

- Boş ver. Artıq bu o qədər də önəmli deyil. Çünki sən artıq nəyə qadir olduğunu bilirsən.

" Bunun artıq bir mənası yoxdur. Mən ölmüşəm "

- Doğru deyirsən. Sən ölmüsən. Və sənin öz gücünü dərk etməyinin bir mənası yoxdur sənin üçün. Amma digərləri üçün var.

" Hansı digərləri üçün? "

-Sənin həyatınla tanış olan insanlar üçün. Onlar artıq bir insanın nəyə qadir olduğunu bilirlər.

- Elşən sən hardasan?  Mən səni görmürəm.

-  Bu önəmli deyil.

Elşən kimi bir dostunuzun olmasını istəyərdinizmi?  Mən istəmirdim. Amma görünən o idi ki, o məni həqiqətən də çox istəyirdi. Burda - öləndən sonra belə - məni tək qoymurdu.

Bunları düşünürdüm ki, bir işıq parladı. Əgər işığın rəngini demək məcburiyyətindəyəmsə ağ deyərdim. Amma ağ deyildi. Nəsə başqa bir rəng idi. Dünyada hələ belə bir rəng olmadığından onun adını deyə bilmirəm.

Mən boşluqda dayanmışdım. Bura düzənlik idi. Nəsə mistik bir ab hava var idi atmosferdə. Mən onda sizdən üstün olduğumu dərk etdim. Çünki bura möcüzələr diyarına sizdən əvvəl gəlmişdim. Deməli mələklər və cəhənnəm də burdadı. Cəhənnəmə gedəcəkdim çünki cənnətlik insan olmadığımı bilirdim. Bilirsinizmi içimdən çox qəribə bir hiss oyanırdı. Sizdən ağıllı idim, çünki siz mənim gördüklərimi görmürdünüz və mənim bildiklərimi bilmirdiniz.

Siz aşağıda bu dünyanın olub olmadığı ilə şübhələr içində yaşayırsınız və bəziləriniz ümumiyyətlə inanmırsınız. Çünki bilmirsiniz. Amma mən bilirdim. Mən sərrast görürdük. Cəhənnəm düşüncəsi mənim bütün əhvalımı sovurdu və mən kədərlə yerə oturdum.

Mənim qaranlıq dünyamOù les histoires vivent. Découvrez maintenant