İyirmi ikinci fəsil

268 33 38
                                    

Əgər səndəki işıq qaranlıq isə, nə qədər də qorxuncdur o qaranlıq.

İncil, Ruhi aydınlıq 22,23 luka 11 : 34-36

Mənim bütün sinir sistemim iflasa uğramışdı. Nə baş verirdi?  Anlaya bilmirdim. Anlam verə bilmirdim. Və bunu özümdən gözləmirdim də. Allah eşqinə doğrunu deyin. Neçəniz ölümdən sonra baş verənləri xatırlayırsınız. Halbuki Allah bilir neçə dəfə dünyaya gəlmisiniz.

Reinkarnasiya - panteizmin əsasında dayanan əsas fəlsəfi təlimdir. Bu nəzəriyyəyə görə ruh əbədi, dəyişməz və itməzdi. Ruhu əvvəllər də dediyim kimi enerji yığını kimi başa düşmək olar. Enerjinin dəyişməzliyi isə fizikanın ən sadə qanunlarından biridir. Reinkarnasiya nəzəriyyəsinə görə insan öldükdə ruh bədəni tərk etir və kainatda dolaşır. Enerjinin keçiciliyi qanunu ilə başqa bir canlıya daxil olur və onu formalaşdırır. Beləcə bir insan müxtəlif biçimlərdə təkrar - təkrar dünyaya gələ bilir. 5 yaşlı uşaqlar arasında keçirilən təcrübə çox maraqlı bir faktı aşkar elədi. Uşaqlar hipnoz vəziyyətinə salır və onları sual atəşinə tuturdular. Onların verdiyi cavablar heç bir məntiqə əsaslanmadan şüuraltından gəlirdi. Nəticədə uşaqlar çox çox keçmiş əsrlərdə baş vermiş hadisələri danışır və bəzi insanların adlarını çəkirdilər. Araşdırmalar göstərirdi ki, haqqında danışdıqları bir neçə əsr bundan qabaq olan hadisələr həqiqətən də olmuş həmin insanlar həqiqətən də yaşamışdılar. Bu fenomen idi. Deməli biz hər birimiz dünyaya bir neçə dəfə gəlirik. Gəl ki, sonralardan bu məlumat yalanlandı və sensasiya xətrinə deyildiyi üzə çıxdı.

Bu qoca, kostyumlu " mələk " isə hələ də danışmağa davam edirdi.

- Həyatının və hekayənin normal olmadığı heç vaxt ağlına gəlmədi mi?  Sərgidə Elşən haqqında düşündüyün zaman qəflətən rəssam həqiqətən də Elşən çıxdı. Yuxun qaçdığı gecə də Elşənə zəng vurmaq haqqında düşünürdün ki, Elşən zəng vurdu. Səbinənin ölümündən qabağı yadına sal. İçində hansısa pis bir hiss var idi. Sanki nəsə bədbəxt bir hadisə olacaqmış kimi elə deyilmi?  Və həqiqətən Səbinə öldü.
- Bunları hardan bilirsən?
- Bilirəm çünki sən danışdın hamısını.
- Nə?  Nə vaxt? 

O gülümsədi və məni sakitləşdirirmiş kimi danışmağa başladı :
- Tələsmə, hər şeyin vaxtı var.  Sıra ilə getməyi təklif edirəm.

Bu yerdə dözə bilməyib onun üstünə hücum çəkdim
Yaxasından tutub yaxınlıqdakı ağaclardan birinə sıxışdırdım.
- Mənə bax mələk. Oyun oynama. Hər şeyi bütün aydınlığı ilə mənə başa sal.
- Deməli mənim mələk olduğumu düşünürsən - o heç təmkinini pozmadan cavab verdi.
- Mələk deyilsənsə kimsən sən? 
- Mən insanam. Sənin kimi.

Bu dəfə onu buraxıb başımı tutdum.
- Axı nə baş verir?
- Nə baş verdiyini sənə başa salacam. Cavabı öz ağzından alacam.
- Lazım deyil - qışqırdım- bir dəfəlik de.
- Bu çox qəlizdir. Səni hazırlamağım lazımdır.
- Mən hazıram. Mən dözərəm.
- Sənə elə gəlir.

İlahi onu öldürməməyim üçün səbəb yoxdur.

- Vüsal mənə deyə bilərsənmi niyə sərgiyə getməmək istəyəndə sənə elə gəlirdi ki, həyatın nizamını pozursan.
- Mən..... bilmirəm.
- Niyə Elşənin mənasız sözləri səni sakitləşdirirdi.
- O şüuraltıma təsir edə bilirdi sadəcə.
- Ooo maraqlı cavab idi.
- Elşən, Səbinə və özün arasındakı oxşarlıqlar, Elşənlə sənin xalalar tərəfindən yetişdirilməyin səncə təsadüfdür?  Nitsşe deyirdi ki, uğurlu insanlar təsadüflərə inanmır.
- Fəlsəfə dərsi keçmə mənə. Ürəyimi partlatmadan mənə başa sal hər şeyi.
- Deməli səndə panik atakda var.
- Səni öldürərəm.
- Əsəbləşmə Vüsal. Həqiqət anı yaxınlaşır.
- Və? - Özümü hazırlayaraq sual verdim.
- Elşənin sənin şüuraltına təsir etdiyini dedin az öncə. Bilirsənmi, əslində hər şey sənin şüuraltında baş verir.
- Necə yəni?
- Biz indi hardayıq səncə?
- Göylərdə. Nə bilim araf kimi bir yerdə.
- Biz hal - hazırda Vüsal sənin palatandayıq. Qarşımda oturmusan, hipnoz vəziyyətindəsən və biz danışırıq.
- Nə demək istəyirsiniz?  Mən bilirəm. Elşən məni sərgisinə çağırmışdı. Hər şey ondan başladı. Qurduğu oyunla məni işdən qovdurdu. Sonra...
- Bunların hamısını bilirəm. Ən son Tedi öldürürsən və polislər səni tutur. 19 ildir ki, bu hekayəni danışırsan.
- Nə?  Nə 19 il?
- Vüsal səni uşaqlığından tanıyıram. 11 yaşından bəri bizim klinikadasan. Qurbanov Vüsal. Anan Səbinə Qurbanova sən doğularkən ölüb. Sən xalanın ailəsində böyümüsən. İlk dəfə psixi pozğunluğunun olduğu qardaşın Elşəni öldürərkən hiss olunub. Daha sonra qonşularla aranda olan davadan sonra ailən tərəfindən bizim klinikaya yerləşdirildin. Ən son Ted adlı amerikalı qonşunun qızıl saatını oğurlayarkən tutulmuşdun. Diaqnozun isə sayrışan hallar nevrozu, panik atak və....
- Və?
- Şizofreniya. Ağır dərəcəli.
- Bu doğru ola bilməz. Səbinə mənim anam deyildi, sevdiyim qız idi.
- Freyd deyirdi ki, hər oğlanın anası şüuraltı onun sevgilisidir. Niyə görə Səbinə sənin evlənmə təklifini qəbul eləməmişdi. Çünki bu paradoks idi. Və beynin qoymadı. Nəticədə şüuraltında qalan tək öldürmə şəkli olaraq onu binadan ataraq öldürdün. Qardaşını öldürməyin səni daha da pis eləmişdi. Bu üzdən beynində qurduğun hekayədə Elşən köhnə dost kimi qarşına çıxıb sənə kömək eləməyə başladı. Bir baxımdan səni vicdan əzabından qurtarmaq üçün arada sənə pisliklər də edirdi. Ted adının isə şüuraltında necə qaldığını artıq bilirsən.
- Səhviniz var həkim - Mən onun sözünü kəsdim - Elşən mənim uşaqlıq dostum idi. Qardaşımı öldürməmişdən daha əvvəl tanıyırdım Elşəni. Hətta sonra onlar bizim məhəllədən köçmüşdülər də.
- Elşəngil tam olaraq nə vaxt köçmüşdülər?
- Mən qardaşımı təzə..... - Bir az duruxdum və nəhayət ki, həqiqətlə üzləşmək qərarına gəldim. - Qardaşımı öldürəndə sonra.
- Elşəni öldürəndən sonra. Qəbul elə Vüsal. Hər şey sənin beyninin içində baş verirdi. Hər şeyi sən daha doğrusu təhtəlşüurun yaradırdı.
- Bu.... - Mən artıq ağlayırdım - ola bilməz. Mən Amerikaya getmişdim.
- Əlbəttə. Onda sənin 6 yaşın var idi. Ailəlikcə gəzməyə çıxmışdınız. Qonşunuz Ted də var idi. Amerikada neçə insan var sənin dilindən anlayan?!

Mən yerə çöküb hönkürtü ilə ağlamağa başladım.
- Mənə kömək edin.
- Edəcəyəm Vüsal edəcəyəm.

Sonra hər tərəf fırlanmağa başladı. Obrazlar get gedə solur, sönükləşir və yox olurdu. Qaranlıq çökdü. Bu mənim qaranlığım idi. İşıq gələndə məkan fərqli idi.

                       Ardı var...

Mənim qaranlıq dünyamWhere stories live. Discover now