- Elşən sən dəlisən. Normal insan heç vaxt belə eləməzdi.
Biz artıq evdəydik. 8 ay müddətində mənim bütün sınıqlarım və yaralarım sağalmışdı. Bir neçə daxili orqanlarım da zədələndiyindən xəstəxanada bir az çox qalmışdım. Yeri gəlmişkən bir böyrəyimi də itirmişdim. Elşənin dediyinə görə xəstəxanada olarkən arabir ayılır, nəsə sayıqlayır və yenidən qeyblər dünyasına qovuşurdum. Bunların heç biri mənim yadımda deyildi. Amma gördüyüm yuxuları xatırlayırdım. Yuxuda gah qaranlıq qəbirdə gah da dəli köynəyində olurdum. Hərdən səmada dayanıb bir kişi ilə söhbət edirdim. O mənə bir neçə maraqlı fakt desə də indi hamısı yadımdan çıxmışdı.
- Vüsal başa düşmürsən? Səni xilas eləməyin tək yolu bu idi.
- Onlar məni öldürə bilərdilər.
- Hər şey nəzarətim altında idi.Elşənin bunu deyərkən nəyi nəzərdə tutduğunu heç vaxt bilmədim. Amma bu şüuraltımın bir parçası kimi məni sakitləşdirməyə kifayət etdi.
Biz əvvəlcə Elşənin mən bildiyim evində oturub mübahisə elədik. Sonra isə rahat çarpayısı olan evə gəldik. Elşən bir otağa yaxınlaşıb " da da da dam " edib qapını açdı. Və mən sevdiyim qadının üzünü gördüm. Qəribədir bütün bu müddət ərzində Səbinə mənim yadıma niyə düşməyib. Heç olmasa bir dəfə Elşəndən Səbinəni soruşa bilərdim.
Əslində hər şey yolunda gedirdi. Amma içimdəki pis hisdən qurtula bilmirdim. Nəsə çatışmırdı. Olması lazım olan nəysə olmurdu. Bu intuisiyası kimi idi. Həm də qadınlarda olduğu kimi güclü intuisiya.İntuisiya- bu nədir? Şüuraltımızda gizlənən, bizim bilmədiyimiz ancaq təhtəlşüurumuzun bildiyi bilgilər. Bir qadına yuxuda burda yatarsa öləcəyi deyilir. Qadın yuxudan ayılır və yatağını kənara çəkir. Gecə zəlzələ olur və qadının az əvvəl yatdığı yerin üstündəki tavan hissəsi həmin yerə tökülür. Amma qadını yuxu xilas edir. Bu heç də ilahidən gələn vəhy deyildi. Məsələ burasındadır ki, şüuraltımız hər şeyi bilir. Və o bizi həmişə ən yaxşıya yönləndirir.
Plasibo effektinin nə olduğunu bilirsinizmi? Mən bilirəm. Plasibo şəkərdən hazırlanmış yumru həbdir. Yəni heç bir müalicəvi əhəmiyyəti yoxdur. O sadəcə hər gün çayınıza atdığınız şəkərdir. Xəstəyə Plasibo yüksək keyfiyyətli dərman adı ilə verilir və əmin edilir ki, o sağalacaq. Xəstə sağalacağına inanır və Plasibonu qəbul edir. Hekayəmiz indi başlayır. Çünki xəstə həqiqətən də sağalır. Bunu edən şüuraltınızdır. O nə qədər müdrik olsada biz hərdən onu aldada bilirik.
Sizin həyatınızı düşüncələriniz formalaşdırır. Nə düşünürsünüzsə o olur. Sizin hal - hazırda yaşadığınız həyat nə vaxtsa düşündüklərinizdir.Səbinə qarşımızda dayanır və hürkək nəzərlərlə bizə baxırdı. Deyəsən hələ də Elşənin yaxşı ya pis insan olduğunu aydınlaşdıra bilməmişdi. Onu qımamırdım çünki hələ mən də bunu aydınlaşdıra bilməmişdim. Əgər Səbinə Elşənin dəliliklərinin heç olmasa bir qisminə şahid olmuşdusa mənim də insan ticarəti ilə məşğul olduğumu düşünə bilərdi. Qəmli həyatdan aksion filminin içinə düşmüş kimi idi.
Mən Səbinəni qucaqlamaq üçün əllərimi açıb onun üstünə qaçdım. Amma üzümdən dəyən şillə məni yuxudan ayıltdı. Səbinə məni hələ bağışlamamışdı. Deyəsən içimdəki pis hiss buna görə idi.
- Rədd ol o tərəfə - Səbinə fağır görkəmlə qışqırdı - az qala məni küçəyə atacaqdın.
- Bunun nə önəmi var ki, indi? Az qalaları düşünsək həyatımızdakı hər şeyə tüpürməyimiz lazım olar.
- A yaxşı yadıma saldın - deyən Səbinə mənim üzümə tüpürdü.
Ürəyimdə Elşəni söydüm.
Sus Elşən sus. Ömründə birinci dəfə mənim xeyrimə iş görmək istədin o da belə oldu.
Səbinə davam edirdi.
- Ona hələ bu da azdır. O dəlidi. Sevir deyə məni rədd edirdi.
- Dəli sənsən - Elşən yenə mənim yerimə danışdı. - Sənə yaxşılıq edən oğlanın üzünə tüpürürsən.Burdakı hər kəs kimlərinsə dəli olduğunu düşünürdü. Məncə bu Elşən idi.
- Belə də sevgi olar Elşən?
Səmimiyyətdən anladım ki, mən xəstəxanada olduğum müddətdə bu ikisi yaxşı tanış olublar.
- Hər sevgi gözəl olsaydı yəqin ki, həyat çox sıxıcı olardı. Elə sevgidə. - Elşən cavab verdi.
Bu nöqtədə araya mən girib qışqırdım.
- Susun. Səbinə gəl ən yaxşısı biz evlənək.Arxadan Elşənin səsini eşitdim.
- Oooo mövzuya sürətli giriş.
- Kəs səsini Elşən. Səbinə evlənirik ya yox?
- Yox. Rədd ol. Mən sənin üçün nəyəm? Buna görə mənə sahib çıxmışdın?Mahnıda deyildiyi kimi Səbinə qapını çırpıb getdi. Hara gedə biləcəyini fikirləşdim. Amma ağlıma heç nə gəlmədi. Onun gedəcək bir yeri yox idi. Fikirləşdim ki, yəqin bir az çöldə dayanıb gələcək.
Heç vaxt sevgi əzabı çəkməyəcəkdim. Mən belə bir insan deyildim. Amma xoşbəxt olmasamda son vaxtlar rahat olan həyatımın sona çatdığını hiss edirdim. Bəlkə də Elşənin qarşıma çıxması təsadüf idi. Amma kədərli günlər mənə geri dönürdü. Mən yuxarıda - damda nə olduğunu bilmirdim. Ancaq yaşamaq istəyən qadın qışqırığı ilə birgə damdan aşağı doğru uçan Səbinəni gördüm. O düz qarşımdakı pəncərənin önündən keçib getdi. Niyə aşağı doğru qaçdığımı heç vaxt bilmədim. Sanki bu qədər yüksəklikdən düşən Səbinənin ölməmə kimi bir şansı varmış kimi. Səbinə ölmüşdü. Aşağı - mənim yanıma insanlar yığışır və yerdə param - parça şəklində olan qıza baxırdılar. Səbinəni çox az müddətlik tanıdım amma bu hamının içində onun ölümünə hönkürtü ilə ağlamama səbəb olacaq qədər çox sevməyimə kifayət etmişdi. Sevgi nədir? Birinin sizi hər an tərk etmə ehtimalının olduğunu bilə bilə yenə onu sevmək mi? Xeyr əslində o sizi gündə yüzlərlə dəfə tərk etsə belə yenə sevmək. Səbinə o vaxtdan bəri məni hər gün yad edir. Və hər gün yüzlərlə dəfə məni tərk edir. Mən Səbinənin cəsədi üzərində ağlayarkən ən doğrusunu Elşən etdi. O birbaşa dama tərəf qalxdı. Orda heç kimi tapa bilməmişdi. Mənə Səbinənin özünü öldürdüyünü dedi. Mən inanmadım. Səbinə heç vaxt intihar etməzdi. Bunu bilirdim. Orda nə baş verdiyini çox sonralar öyrəndim.
Siz heç birdən birə dünyayla əlaqənizi itirdinizmi? Mən itirdim. Fikirləşin hər şeyin yaxşı getdiyi bir vaxtda birdən birə hər şey dayanır. Səslər kəsilir və sanki siz vakuuma düşürsünüz. Narahatçılıqlar və müəmmalar dünyası. Tam izolə olunmuş məkan.Vakuum - mütləq yoxluq şəraiti. Burda heç bir şey olmur, hətta hava belə. Səs yox, işıq yox, bütün varlıq aləmi yox. Və təkcə siz varsınız. Tam izolyasiya. Tam təcridolunma.
Səbinənin ölümündən sonra mən belə bir dünyaya düşmüşdüm. Siz heç dünyayla əlaqənizi kəsmək istədinizmi? Mən istədim. Hər kəsi, hər kəsi hətta sevdiklərini belə öldürərək büsbütün yoxluq aləminə çəkilmək. Üzündəki saqqalla və çiyninə tökülən saçlarla bir daxmada yaşamaq. Məhv olmaq kimi hər gün bir qadınla sevişmək.
Çünki bu dünyada məni kədərimi yaşamağa belə qoymadılar. Səhəri gün polis qapıma dirəndi. Mən onlarla birgə maşına oturdum. Amma bu dairədə bir nəfər də var idi. Elşən. Bunu bilirdim. Dərk edirdim. Açığı bu çox qəribə bir hiss idi.
VOUS LISEZ
Mənim qaranlıq dünyam
Mystère / ThrillerBu roman hər kəs üçün deyil. Herman Hessenin diliylə desək "yalnız dəlilər üçün". Və bu həmdə sizin hekayənizdir. Çünki sizin hər birinizdə mən varam. Siz hər güzgüyə baxanda məni görürsünüz.