Dördüncü fəsil

507 53 26
                                    

Bir anda damarlarım adrenalinlə doldu. Qarşımda sanki ölmüş bir insanın kabusu dayanmışdı.
- Məni tanıdın Vüsal?  - O soruşdu.
- İndicə.
- Şəkil necə alınıb?
- Möhtəşəm.
- Hə elədi. Rəssamlığı bir az bacarıram. Sən neynirsən? 
- Heç - Mən bilmədim nə deyim.

Biz onunla qucaqlaşmadıq. Onu çağırdılar və o getdi. Getməmişdən qabaq əlaqə saxlamaq üçün bir birimizin nömrələrini götürdük. Elşən məndən bir neçə metr məsafədə bir qara kostyumlunun əlini sıxırdı. Mən kənardan ona baxırdım. O çox dəyişmişdi. Amma yenə həmin ki oğlan idi. Qara uzun saçları üzünə dərdli görüntü verən aypara qaşları və üzündəki xəfif tüklə birlikdə mükəmməl görünüşü vardı. Reklamda deyildiyi kimi qadınlar məhz beləsini istəyir. Elşən getdikdən sonra özümü tənha hiss edirdim. Burdakı insanların hər birinin milyonu vardı. Mənimsə köhnə xruşşovkam. Bəzən çox aid olduğun yerdə belə özünü artıq hiss edə bilirsən. Bu vaxt edəcək heç bir şey yoxdu. Sadəcə üzünü çevirib getməlisən. Getməyi bacarmalısan. Həyatım boyunca bütün uğursuzluqlarıma rəğmən mən bunu yaxşı bacardım. Üzümü çevirdim və getdim. Necə ki illər əvvəl küçədə bir qızı müdafiə edərkən mənə rədd olub getməyimi demişdi. Görünür qız ona söz atılmağından məmnun idi. Onda da sadəcə getməyi bacardım. Elşəni jurnalistlərlə qoyub gəldim.

Hər şey yenidən başladı. Yenə ev iş iş ev karikaturası. Markesin tənha personajları cildinə girdim. Bu milyonlarla insanın həyat tərzi idi. Yenə hər gecə yatmaq üçün həblərdən istifadə etməyə başladım. Amma bir gecə heç cürə yata bilmədim. Mənim üçün çətin idi. Bütün şəhər yatmasına rəğmən mən eyvanda oturub bütün dünyaya lənət oxuyurdum. Onda yadıma Elşən düşdü. Bəlkə ona zəng vurum. Amma yox. Bu düz olmazdı. Gecənin bir yarısı kimisə narahat etmək sadəcə olaraq alçaqlıq idi. Amma məgər təkcə mənmi narahat olmalıyam. Qoy cəhənnəmə özümlə birlikdə kimisə də aparım. İnsan özü ilə bərabər kiminsə də əzab çəkdiyini görəndə yüngüllük və təskinlik tapır. Mənimlə birgə başqaları da əzab çəkməyə layiqdir. Buna sadəcə məhkumdur. Xüsusilə də mənim kimi dünyaya nifrət edən birinin gözündən baxdıqda. İndividuallığın və insan eqosunun son həddi. Telefon zəngi məni fikirdən ayırdı. Dəstəyi qulağıma qoyduqda Elşənin səsini eşitdim.
- Vüsal bağışla narahat edirəm. Amma mənim yuxum qaçıb. Yata bilmirəm. Bəlkə görüşək.
Bu yenə və yenə də karma idi. Yerimdə donub qaldım.

Bakının boz küçələri ilə qara mersedes hərəkət edirdi. Amma bizim maşın bu deyildi. Bunu elə belə yazdım. Biz Elşənin Raync Roverində idik.
- Elşən inana bilmirəm, birdən birə peyda olursan və məni gecənin bir yarısı gəzintiyə dəvət edirsən.
- Niyə özünü elə göstərirsən ki guya bu sənin ürəyincə deyil? Evdə oturub neyləyəcəkdin?
- Yata bilərdim.
- Xeyr yata bilməzdin.
- Niyə? 
- Çünki yuxun qaçmışdı.
- Hardan bilirsən? - Mən şoka düşmüşdüm sadəcə.
- Telefonu ilk çağrıdanca götürdün. Gecənin bir yarısı yatmamağına tək bir şey səbəb ola bilər. Oda yuxunun qaçmağıdır.
- Amma sən zəng vuranda bunu bilmirdin. Mən gözəl bir yuxuda ola bilərdim.
- Amma deyildin. Həm də ki biz onsuz da bir baxımdan elə yuxudayıq.
- Necə yəni?  - Elşəndə nəyinsə çatışmadığı aydın idi.
- Heç. Bunu Qoqol deyib. Həyat sadəcə yuxudur. Yuxu sadəcə həyatdır.
- Mən nə qədər uğursuz adamam - deyə deyindim.
- Həqiqətən belə düşünürsən?  - Elşən qəribə bir maraqla soruşdu.
- Mən düşünmürəm. Bu belədir. Mən tam olaraq uğursuzluq mücəssiməsiyəm.
- Məncə belə deyil - Elşən dəlicəsinə bir tərzdə dedi.

Elşəndə dəqiq nəsə çatışmırdı. Ya da hər şey ola bildiyindən daha artıq idi. Biz bir müddət sakitcə getdik. O vaxta qədər ki Elşən maşını köhnə dar küçələrin birində saxlayıb soruşdu :
- Macəra yaşamaq istəyirsən? 
- Necə yəni? 
- Yaşamaq istəyirsən ya yox? Bu qədər çox sual vermə.
- Hə amma mən bilməliyəm axı...
- Sən heç nə bilməli deyilsən - deyə sözümü kəsdi. Həyatı bir dəfə də olsa öz axışına burax. Maraqlı bir gün keçirmək istəyirsən ya yox.
- Hə amma necə?
- Ora bax - deyən Elşən mənə tində dayanmış narkomanları göstərdi.
- Düş maşından - o bunu deyib birinci özü maşından atladı.
- Dayan Elşən bu dəlilikdi.
Dizlərimə qədər qorxudan əssəm də məndə maşından düşdüm.
- Dayan Elşən dəli olma.
Elşən narkomanlara yaxınlaşıb qışqırdı:
- Dağılışın tez burdan. Rədd olun.
Avaralardan biri söyüş söydü. Elşən də onu söydü. Mən Elşənə çatıb onun qolundan tutdum :
- Onlar bizi öldürəcəklər. Qaçaq tez.
- Narahat olma. - Elşən dedi - ölümlə həyat arasında məsafə həmişə qısa olub.
Narkomanlar artıq bizə tərəf gəlirdilər.
- Elşən qaçaq.
Enlikürəkli oğlanlardan biri mənim yaxamdan tutdu. Digərləri Elşəni mühasirəyə aldı.
- Dayanın - deyə qışqırdım və eyni zamandada sifətimdən yumruq yedim. Yerə yıxılanda fikirləşdim ki daha ağrılı zərbə ola bilməzdi. Ayağa qalxmaq istəyirdim ki.........

Gözümü açdım. Mənə tanış olmayan evdə mənə tanış olmayan divanda uzanmışdım. Qarşımdakı kresloda oturan Elşən əlini sarıyırdı. Mənim oyandığımı görəndə gülümsəyərək dedi:
- Fikirləşdiyim qədər də yüngül deyilsənmiş. Səni maşına sürükləmək o oğlanları əzişdirməkdən daha çətin idi.
- Nə?  Sən onların hamısını...
- Hə. Bir neçə sümüklərini qırdım. Gərək görəydin. Hollywooddakı supermenlərdən fərqlənmirdim. Üstümə bir neçə nəfər tökülmüşdü. Mənsə hamısının öhdəsindən gəldim. Lap filmlərdəki kimi.
- Bəs mənə nəsə olub?
- Bax - deyərək masanın üzərindəki güzgünü götürüb üzümə tutdu. Gözümün altında göyərti əmələ gəlmişdir.
- Mən niyə xatırlamıram? 
- Bu beynin funksiyasıdır. Təhlükə anının bir neçə fraqmentini yaddan çıxarmağımızı tənzimləyir. Beləcə bizə yaşamaq motivasiyası verir.
- Elşən niyə belə bir şey elədin?
- Sənə nə qədər uğurlu olduğunu göstərmək istədim. Orda ölə bilərdin. Amma ölmədin. Sadəcə gözün bir neçə gün ağrıyacaq.
Elşənin mətbəxə su gətirməyə getdiyi vaxt mən saata baxdım və demək olar ki, elə həmin saniyə atılaraq yerimdən qalxdım.
- İşə gecikirəm. Müdirim məni öldürəcək.

Elşən mətbəxdən qayıdanda məni təlaşlı görüb dedi:
- Bu qədər narahat olma. Ən pis halda işdən qovulacaqsan.
- Elə bu bəsdir də.
- Bəs deyil. Bu yaxşıya işarədir.
Mən bu vaxt artıq ayaqqabılarımı geyinirdim.
- Elşən sən zarafat edirsən?  Burda yaxşı olan nə var? 
- Sənin özünə yeni və daha səmərəli iş tapa bilmən perspektivi olur.

Elşənlə mənim fərqim düşünmə nisbətlərimizdə idi. Çünki Elşənin fəlsəfəsi həyatın sadəcə bir komediya olması yönündə idi. Sadəcə skamyada oturub bu tamaşanı izləyib gülmək lazım idi. Mənim baxış bucağından isə həyat daha çox faciəyə bənzəyirdi. Bu mənimlə Elşənin fərqi idi. Bu bütün hissiyyatlı insanlarla ağıllı insanların fərqi idi. Elşənin özümə iş qurmaqla bağlı nəzəriyyəsinə qarşılıq olaraq dedim ki, bu nağıldır. O isə qışqıraraq bildirdi ki, bu adi ət parçasının anlaya bilmədiyi həqiqətdir.
- Sənin müdürünü tanıyıram - Elşən dedi - Yeri gəlmişkən sizin ofisin qabağında özümə bir obyekt tikdirirəm. Restoran açmaq fikrim var.

Həqiqət bu idi ki, Elşənin pulu həqiqətən çox idi.

- O tikinti doğrudan sənindi?
- Hə. O tikinti sənin müdürünə sürpriz üçün yaxşı yerdir.

Onun nəyi qəsd etdiyini aydınlaşdırmağa vaxt yox idi. Beş dəqiqə sonra maşınım bütün imkanı ilə küçədə şığıyırdı. Döngələrdə arxasında qalın toz buludu buraxaraq manevr edirəm. İşə çatanda demək olar ki, tullanaraq maşından düşürəm. Müdirim məni bir xeyli danlayır və sonra gözümün altındakı qaraltıya baxaraq mənə töhmət verdiyini deyir. Otaqdan çıxanda cibimdə telefonumun vibrasiyasını hiss edirəm.
- Alo Elşən.
- Müdürün sənə töhmət verdi? 
- Hardan bilirsən?
- Təxmin etdim. Eybi yox. Onun da ömrünə çox qalmayıb.

Telefon qoyuldu. Bu nə demək idi? Öz ürək döyüntülərimi eşidirəm.

Sürətli düşündüyümdən beynimin amigdala bölməsi özünü yorur. Oksigen tələbatımı ödəmək üçün qan beynimə daha çox hemaqlobin ötürməlidir. Amma təzyiq kifayət etmir. Ona görə də burda işə ürək qarışır.

n Elşənin evdən çıxarkən dediyi sözlərlə indikini birləşdirirəm. Və alınan nəticədən dəhşətə gəlirəm. Telefonumu cibimə belə qoymuram. Yerə atıb müdürümün otağına tərəf qaçıram. Qapını açıb içəri soxuluram. Və pəncərədən çöldəki tikinti binasının damında əlində optik nişangahlı snayperlə dayanan Elşəni görürəm.O mənim müdirimi nişan alır. İlahi Elşən dəlidi. Bircə bu çatışmırdı. Müdürüm qəribə baxışlarla mənə baxır. Onu görməzdən gəlirəm. Və güllənin hədəf nöqtəsindən onu çəkmək üçün üzərinə tullanıram.

Mənim qaranlıq dünyamWhere stories live. Discover now