Mən müdürümün üstünə tullanıb onu kreslosuyla birlikdə pəncərənin önündən çəkməyi bacardım. Amma gözlədiyimin əksinə olaraq nə güllə səsi eşidildi, nə pəncərələr çilikləndi, nə də divarda deşik açıldı. Habelə mən şüşənin o tayından Elşənin gülə gülə aşağı düşdüyünü gördüm. Mənim piyli müdürüm isə ayağa qalxdı və özünü qaydaya sala - sala qışqırdı :
- Sən dəli olmusan? Neyləyirsən?
- Mən... Heç. Ayağım sürüşdü.
- Nə? Sən bir- başa mənim üstümə tullandın.
- Mən üzr istəyirəm.
- Ə çıx çölə qovuram səni işdən.Bu axmaq vəziyyət idi elə deyilmi? Bu sadəcə axmaq vəziyyət deyildi. Bu həddindən artıq çox axmaq vəziyyət idi. Yəqin ki, hər biriniz həyatınız boyu bir neçə dəfə gülünc vəziyyətə düşmüsünüz. Ya məktəbdə qaça - qaça gedib başqa sinifə girmisiniz, ya da qulaqcıqdan beyinlərinizə yayınlanan rock musiqisi altında gözlərinizi yumub başınızı gic gic hərəkət etdirəndən sonra gözlərinizi açıb ailə üzvlərinizin sizi seyr etdiyini görmüsünüz. Məndə də biri olmuşdur. Bir dəfə dərsdən qayıdarkən qabaqda gedən bir oğlanı Elşənə bənzədib çiynindən tutub çevirmişdim. Onda agah oldu ki, mənə qarşımda həyatım boyu heç vaxt görmədiyim bir insan dayanıb. Son olaraq isə oyunu davam etdirib ona məni tanımadığını soruşdum. O yox deyəndə mən özümdən uydurub " yadında deyil Orxanın ad günündə rastlaşmışıq" demişdim. Beləcə məsələ uzanmış və mən evə gec qayıtmışdım. Ailəm məni bir xeyli danladıqdan sonra " inşallah heç kimi öldürməmisən bu gün " deyib məni yaralamışdı. Nəticədə mən qaranlığıma çəkilib ağlamışdım.
Müdürümün məni işdən çıxarması qərarını eşidən kimi qışqırdım,çünki özümü saxlaya bilmədim.
- Mənim nə günahım var axı? Mən sizi qorumaq istəyirdim. O mənim fikrimi qarışdırdı. Mən elə bildim ki...
- Sən nə danışırsan? - O mənim sözümü kəsdi.
Mən isə daha da axmaqlaşmamaq qərarına gəldim.
- Yaxşısına budur mən çıxım.Və beləcə mən işdən çıxarıldım. Və bir həqiqət də var ki, bunu Elşən elədi.
- Elşən sən neyləməyə çalışırsan? Həyatımı məhv elədin. Neçə ildir ki, mən bir az da olsa yaxşı iş axtarırdım. Nəhayət ki, tapmışdım onuda sən məhv elədin. Mən indi nə edəcəm?!
Mən qışqıra qışqıra iri addımlarla otağın bir küncündən digərinə gedir və sonra yenidən digər küncə qayıdırdım. Və bunu təkrar - təkrar, inadla, heç yorulmadan edirdim.
Çünki güclü həyəcan nəticəsində ifraz olunan dopamin və adrenalin hormonları məni bir yerdə sakit dayanmağa imkan vermirdi. Həyəcan və qorxu zamanı, güclü emosional gərginlikdə bizi stressdən ölməyə qoymayan sadəcə bir neçə hormondur. Onlar bizə pozitivlik motivasiyası verir və biz yaranmış gərgin vəziyyətdən çıxırıq. Hormonların ifrazı ilə bağlı enerjimiz çoxaldığından biz müxtəlif hərəkətlərimizlə bunu çölə veririk. Artıq bilirsiniz hirslənən zaman niyə divarları yumruqlayır və qışqırırıq. Həyəcan zamanı niyə bir yerdə dura bilmirik və dalımızca it düşəndə niyə yorulmadan normal vaxtı qaçdığımızdan daha sürətli qaçırıq. Bunu edən funksional sistemimizdir. Bədən özünü xilas etmək üçün bütün imkanlarını ortaya qoyur.
Mənim qışqırmağıma qarşılıq Elşən sahib olduğu evin kreslosunda oturub sakitcə dırnaqlarını dişi ilə qopardım yerə tüpürürdü. Nəhayət mən udqunmaq üçün dayananda o dedi:
- Başa düşə bilmirəm mənə niyə hirslənirsən? Mən sadəcə dostuma yaxşılıq eləmək istədim.
- Yaxşılıq? Dəlisən? Məni işdən qovdular.
- Nə vaxt özünü aldatmaqdan əl çəkəcəksən? - Elşən sakitcə dedi.
- Nə?
- Sən onsuz da axır -əvvəl işdən qovulacaqdın. Bunu yaxşı bilirsən. Müdürünlə münasibətin sıfırdır, iş keyfiyyətin sıfırdır, məsuliyyətin sıfırdır.
- Və arada da sənin sayəndə müdürümün üstünə tullanıram.
- Sən işə tam yararsız idin və onsuz da nə vaxtsa qoyulacağını yaxşı bilirsən - o yavaş-yavaş səsini qaldıraraq kreslodan qalxdı.
- Amma sən....
- Sən sadəcə həqiqətləri görmək istəmirsən. Sən korsan, sən qorxaqsan.- o qışqırırdı -Öz günahını başqalarının boynuna yıxırsan. Sən ona görə məni günahlandırırsan ki, çünki bunu istəyirsən. Bu səni rahatlandırır.
- Bunu mən edirəm yoxsa sən?
- Hə qışqır Vüsal. Məni günahlandır. Bunu etməklə nə qazanacaqsan hə? Əksinə qışqırmaqdansa vəziyyətdən çıxış yolu axtar.
- Mənə bu lazım idi?
- Onsuz da işdən qovulacaqdın nə vaxtsa.
- Niyə indi sən bunu etməliydin. Nə vaxt qovulardım qovulardım da. Sənə nə məndən, işimdən?
Elşən dayandı, kresloya çökdü və sakit bir ədayla dedi:
- Sadəcə işə bir az rəng qatmaq istədim. Gələcəkdə danışıb, güləcəyin bir hadisə oldu heç olmasa. Təsəvvür edirsən hər şey düzələndən sonra bunu danışı.....
- Sən dəlisən - deyib onun evindən çıxdım. Və təbii ki, filmlərdə olduğu kimi qapını da çırpdım.
Evə gedərkən yol üstü bütün mağazalara, obyektlərə və restoranlara girsəm də heç birində iş tapa bilmədim.
Allah bəlanı versin Elşən.Gecə daş kimi yatdım. Çünki yuxuma qənaət etməli olduğum bir işim yoxdur. Bu fikrin olmamağı məni rahatladır və rəngli yuxular aləminə aparırdı. İşdən çıxarılmağımın xeyrini görürdüm.
Çox sağol Elşən.
Səhər açılanda hər şey çox fərqli idi. Qapım şiddətlə döyülür və çöldən qonşumun səsi gəlirdi:
- Vüsal dur. Evin yanır.Bu Elşənin işin idi. Və mən bunu bilirdim
Hardan bildiyimi bilmirəm amma bilirdim.
CITEȘTI
Mənim qaranlıq dünyam
Mister / ThrillerBu roman hər kəs üçün deyil. Herman Hessenin diliylə desək "yalnız dəlilər üçün". Və bu həmdə sizin hekayənizdir. Çünki sizin hər birinizdə mən varam. Siz hər güzgüyə baxanda məni görürsünüz.