Bu mənim hekayəmdi. Amma bu hekayə sizdən bəhs edir. Çünki sizin hər birinizdə mən varam. Siz hər güzgüyə baxanda məni görürsünüz.
Mən özüm isə 1988 ci ildə bu lənətlənmiş və qaranlıq dünyaya göz açdım. Hamı necə böyüyürsə mən də elə yaşa dolurdum. Qara gur saçlarım əmələ gəlir və boyum uzanırdı. Uzun boyluluq xoşuma gəlsə də arıq bədənim vücudumla fəxr etməyimə icazə vermirdi. Mən qaranlıq və arxa məhəllələrdən şəhərə keçmişdim. Uşaqlıqdan heç dostum olmayıb. O dövr üçün bu mənim ən böyük dərdim idi. Çünki hər bir oğlan uşağı ömründə bir dəfə də olsa dostuyla nəsə bir oyun çıxardıb qaçar. Mən də qaçırdım. Amma tək. Arxamda bir neçə uşaq olardı. Mən onlardan qaçırdım. Anlaya bilmirdim ki, onlar məni niyə döymək istəyirlər. İndi anlayıram. Çünki mən zəif idim. Həm də qorxaq. Mən onlar üçün əyləncə idim.
Amma mənim bir həmdəmim də var idi açığı. Elşən. Bu oğlan məhlədə dərdləşə bildiyim tək insan idi. Həm də həyatdakı tək sirdaşım.
Hərdən fikirləşirəm ki, bəlkə də əvvəldən bütün bunlar olmasaydı hər şey çox fərqli olardı. Mən içimdəki aqressiyanı qardaşımın üstündə çıxmazdım.
7 ci sinifdə oxuyurdum. O vaxtlar qanım qaynayır və bütün dünyadan öz acizliyimin heyfini çıxırdım. Valideynlərimlə tez tez dalaşır və sinif yoldaşlarımı daşlayıb qaçırdım. Bu dəfə döyülməyə layiq idim. Elə mən də buna çalışırdım. Çünki günahsız az cəzalı məhkum belə həbsdə manyakdan daha çox əzab çəkir. Və bir gün ən başından bəri mənim taleyim olaraq yazılan baş verdi.
O qədər travmanın verdiyi aqressiya ilə olması lazım olan şey oldu. Məndən iki yaş kiçik olan qardaşımla dalaşırdım. Atam araya girdi və qardaşımı otaqdan çıxartdı. Daha sonra məni danladı və az qala Adəmin almanı yeməsindən tutmuş bütün günahları mənim boynuma yıxdı. Məni yandıran o idi ki, atam niyə ancaq məni günahlandırır. Axı o heç bilmirdi biz niyə dalaşırıq. O bilmirdi ki, qardaşımdadı günah. Və məndən qardaşımdan üzr istəməyimi tələb etdi. Mən eyvana çıxdım. Qardaşım vəziyyətdən şad olmuş halda mənə baxırdı. Və o zaman mən şeytanı gördüm. O mənə pıçıldayırdı.
Mən şeytanın ən yaxın dostuyam. İrəli getməyimi və onu eyvandan itələməyimi yadıma salanda tüklərim biz biz olur. Qardaşım dəli bir çığırtı ilə səkkizinci mərtəbədən uçdu.
O ölmək istəmirdi.
Yaşamaq istəyirdi.
Ümidləri və xəyalları vardı.
Arzuları və istəkləri vardı.
Mənim gözlərim dolmuşdu. Aşağı baxırdım və qardaşımın parçalanmış beynini görürdüm. Atam da anam da bildilər mənim onu öldürməyimi. Amma rəsmi aləmdə bu bədbəxt hadisə kimi qeydiyyata keçdi. Məsələ heç də mənim həbs olunmağımda deyildi. Mən azad olsam da ömür boyu sevgi məhdudiyyətini yaşadım. Ailəm mənə bir daha heç vaxt xoş davranmadı. İynələyici sözlər və hər gün döyülmələr canımı boğazıma yığmışdı. Siz heç həyatdan bezdinizmi? Heç ölülərin arasına qovuşmağı dəlicəsinə arzu etdiniz mi? Mən etdim. Hər gecə ölməyim üçün Allaha dua etdim. Sonra sevgilimi yolda bir başqası ilə əl ələ gördüm. Dırnaqlarım ətimi kəsənə qədər yumruğumu sıxdım. Bütün bunları Elşənə danışanda sifətinin necə tutulduğu hələ də yadımdadır. Bir həftə sonra Elşən və ailəsi bizim küçədən köçdülər. Və Elşənlə bizim hekayəmiz beləcə bitdi. Tək sirdaşımı itirməyim məni daha da pis etdi.
Və mən böyüyürdüm. Dərk edirdim ki, ətrafımda məni sevən bir insan belə yoxdur. Ailəm demək olar ki, məni heç nəzərə almırdı. İllərcə mən yeməyi belə tək başıma öz otağımda yedim. Mən valideynlərimin sevimli oğlunu öldürmüşdüm.
Məktəbi bitirdikdən sonra universitetə girə bilmədim. Çünki ağlamaqdan dərs oxumağa vaxt tapa bilmirdim. İki il çayçı işləyəndən sonra indiki işimi tapdım. Anbardar. O illərdə ailəmlə dalaşıb evi tərk etdim. Bir müddət kirayələrdə sürünəndən sonra bir otaqlı ev ala bildim. Əslində artıq hər şey bitmişdi. Mən həyatdan heç nə gözləyə bilməzdim. Amma bu gün səhər tezdən mən telefon zənginə yuxudan oyandım.
YOU ARE READING
Mənim qaranlıq dünyam
Mystery / ThrillerBu roman hər kəs üçün deyil. Herman Hessenin diliylə desək "yalnız dəlilər üçün". Və bu həmdə sizin hekayənizdir. Çünki sizin hər birinizdə mən varam. Siz hər güzgüyə baxanda məni görürsünüz.