Onuncu fəsil

293 49 12
                                    

Yağış yağır və küçələri ola bildiyincə çox isladırdı. Bütün yollardan gedən leysan su gecənin sükutunu öz kədəri ilə pozurdu. Ətrafdan maşınlar keçərkən onun üstünə su sıçradırdılar. Əslində gecənin bu vaxtı yolda heç kəs ola bilməzdi. Amma var idi. Səbinə ağlayaraq və ağır çəmadanı arxasıyca dartaraq qaranlığın qoynuna irəliləyirdi. Yoldan keçən azman oğlanlar ona söz atmaqdan qalmasalarda o bunların heç birini eşitmirdi. O öz dərdinə ağlayırdı.
Hər şey bundan 3 il əvvəl başlamışdı. O gün Səbinənin telefonuna tanımadığı nömrədən səhv olaraq sevgi mesajı gəlmişdi. Bu sadəcə bədbəxt təsadüf idi. Bu mesaj səhv olaraq bir demokrat ailənin qızına da gedə bilərdi. Və yaxud ümumiyyətlə bir oğlana da gedə bilərdi. Ya da ki, bu mesajı Səbinə atasından əvvəl görə bilərdi. Amma heç biri olmadı. Atası qızının üzünə yaxşı bir şillə vurub onu otağına göndərdi. Və ləngitmədən də telefonunu da əlindən alır. O qızından açıqlama tələb edir və əslində isə Səbinəyə qulaq asmırdı. O gündən etibarən Səbinə ev dustağı olur. Artıq hər gün Səbinə ağlayır və Tanrıya yönləndirdiyi " niyə " sualları bitmirdi. O illərlə evdən çölə çıxmayaraq yaşadı. Atası ona əxlaqsız bir qız kimi baxırdı. Ən dəhşətlisi isə budur ki, bu işdə Səbinənin özünün qəti günahı yox idi.
Bir dəfə Səbinə sadəcə eyvandan çölə baxdığı üçün qardaşları tərəfindən döyülmüşdü. Bu məsum qız belə bir çətin vəziyyətdə yaşayırdı.
Növbəti bədbəxt hadisə isə bu gün olmuşdur. Kitab oxumağa meylli Səbinəni xalası qızı həmişə kitabla təmin edirdi. O adətən qonaq qismində gəlir və Səbinənin otağında çantasından kitab çıxarırdı. Amma bu gün xalası qızı gələ bilmədi. Və o sevgilisi ilə kitabı göndərdi. Ailə üzvlərinin evdə olmamağı faktı bundan işi təhlükəsiz edirdi əslində. Səbinə qapını açdı və qarşısında duran oğlanın əlindən kitabı götürdü. Elə bu vaxt solda liftin qapıları açıldı və meydanda Səbinənin atası göründü. O bir- başa oğlanın üstünə şığıdı. Oğlan qaçıb canını qurtarsa da indi sıra Səbinədəydi. Bir saatlıq döyülmədən sonra qardaşlarının da iştirakı ilə Səbinə evdən qovuldu. O çəmadanını yığıb yağışlı küçənin çarəsizliyinə atıldı.

Hara getdiyini bilmədən, istiqamət tutmadan gedirdi Səbinə. Bəzən kiçik bir təsadüf insan həyatını dəyişə bilirmiş. Kafka da bunu deyirdi. İndi artıq Səbinə də bunu bilirdi.

Ətrafdan keçən maşınlardan boylanan oğlanlar onu bir fahişə olaraq görürdülər. Normal bir qızın gecənin bu vaxtı çöldə nə işi ola bilər ki?!
Səbinənin üstünə su sıçradaraq bir maşında yanından keçdi. Amma sonra dayandı və geriləyərək Səbinənin yanında dayandı.
- Xanım nəsə kömək lazımdır? - Sürücü yerində oturan oğlan dedi.
Səbinə isə sadəcə başını aşağı salıb gedirdi.
- Siz ağlayırsınız. - Oğlan bir də danışdı.
- Bu yağışdı - qüruruna görə Səbinə sakit dura bilmədi.
- İnanın ki, bir ağlamaq mütəxəssisi olaraq yalan dediyinizi bilirəm - oğlan kədərli bir zarafat elədi.
- Açılın da başımdan - Səbinə qışqırdı və irəli yeriməyə başladı. Amma gedəcək yerinin olmadığını da yaxşı bilirdi.
Oğlanın isə deyəsən getmək fikri yox idi. O maşından düşüb qızın dalıyca qaçdı. Bir əl Səbinənin qolundan yapışıb onu geri çevirdi.
- Məni bağışlayın amma sizin gedəcəyiniz yer var?
Səbinə dartınıb qolunu oğlanın ovucları arasından çıxardı.
- Başa düşmədim. Siz nə demək istəyirsiniz?
- Məni düzgün başa düşün - oğlan əslində çox nəzakətlə danışırdı - sizin başınıza bədbəxt hadisə gələ bilər.
- Əl çəkin məndən. Siz getsəniz hər şey yaxşı olacaq.
- İnanın əgər belə olacağını bilsəydim gedərdim - oğlan çox inadkar çıxmışdı.- sizə kömək eləmək istəyirəm.

" Kömək " sözünü eşidən Səbinə elə təsirləndi ki, yerə çöküb ağlamağa başladı. İllərdir o Allahdan kömək gözləyirdi. Amma Allahın görünür daha vacib işləri olduğundan Səbinəyə növbə indi gəlmişdir. Yağış yağır və bizim cütlükdə bir santimetr belə quru yer saxlamırdı. Səbinə isə get- gedə ağlayaraq oğlana söykənirdi.

Deyirlər insanı zəif anında yola gətirmək asan olur.

Oğlan Səbinəni qucaqlayıb maşınına apardı.

Və mən Səbinəylə belə tanış oldum.

Mənim qaranlıq dünyamDonde viven las historias. Descúbrelo ahora