Elşənin başı üstündə bıçaqla dayanmışdım. O gözlərini yumub yuxular aləmində səyahət edirdi. Mən əlimdə tutduğum bıçağı onun qəlbinə endirməmişdən qabaq dayanıb onun üzünə baxdım. Ayaqlarım yorulancaya qədər dayandım heç bir hərəkət etmədən. Sonra bir az daha dayandım. Bu müddət ərzində Elşən yerindən heç qımıldanmamışdı. Mən nəhayət təbiətin mənə bəxş etdiyi bütün qüvvəmi toplayaraq bıçağı onun əzrayılına çevirmək istəyirdim ki, o danışmağa başladı:
- Səbinənin ölümü ilə mənim heç bir əlaqəm yoxdu.Mən özümü itirmişdim. Deməli bütün bu vaxt ərzində Elşən oyaq imiş?! Gözlərini belə açmadan hər şeyi bu qədər dəqiqliklə necə hesablaya bilib. İnsan necə bu qədər soyuqqanlı və ağıllı olar.
O gözlərini açıb, çarpayıda dikəldi. Mənə baxıb yenə monoton səsi ilə danışmağa başladı:
- Düşünmüşdün ki, başa düşməyəcəm? Səbinənin ölümündə məni günahlandırırdın. Bu hər halından bəlliydi. Məndən intiqam alacağını bilirdim. Bilirsənmi bir anlıq özümlə fəxr etdim. Gör qısa müddətdə sənə nə qədər şey öyrətmişəm. Artıq kişi kimi qərarlar verib, intiqam dalıyca düşürsən. Bu məni sevindirdi.
- Kəs səsini Elşən. Səni öldürəcəm.O ayağa qalxdı. Və mən gözlərimi açdım. Elşənin yatağında uzanmışdım. Elşən başımın üstündə dayanıb, üzümə su çiləyirdi.
- Bağışla, düşündüyümdən daha bərk dəydi zərbə.Elşənin öhdəsindən gələ bilməyəcəyimi o gün dərk etdim.
Növbəti gün Elşənlə kəndin ən xarabalıq və kimsəsiz yerinə getdik. Elşənə qarşı içimdə tükənməz bir nifrət var idi. Məni dəfələrlə alçaltmışdı. Amma bir tərəfdən də onun yanında olmaq istəyirdim. Onunla olan yoldaşlığım mənim xoşuma gəlirdi. Elşən mənə özümü kişi kimi hiss etməyi öyrətmişdi. Mən artıq ölüm arzusuyla yaşamırdım. O mənə yaşamağı öyrətmişdi. Mən artıq davada döyülməkdən qorxmurdum. Çünki Elşən mənim bu qorxumu ləğv eləmişdi. O mənim heç kimdən asılı olmadan yaşamağımı tənzim eləmişdi. Mən daha cəsarətli olmuşdum. Və daha ağıllı olmuşdum.
- Vüsal sənə öyrədəcəyim son bir şey qalıb - biz xarabalığa çatanda Elşən dedi.
- Nə qalıb?
- Həyatının tam olaraq zibillikdən ibarət olduğunu bilirsən mi?
- Həm də çox yaxşı bilirəm.
- Bax eyni ilə bu xarabalıq kimi. Bəs yaxşı bu xarabalıqdan xilas olmaq üçün nə lazımdır?
- Zibilləri yığışdırmaq. - Mən əlimi cibimə salıb, kafe sahibindən aldığım tapancanın dəstəyindən tutdum.
- Yox, sadəcə zibilliyi tərk etmək lazımdır. Başa düşürsən? Hər şeyi düzəltmək olmaz. Səni narahat edən şeylər haqqında düşünmə. Sənin fikirlərin səni xoşbəxt edənlərin üzərində cəmləşsin. Səni pis edən insanları və məkanları tərk et. Əgər o insankı sənin xoşbəxtliyini məhv edir, onun yanında dayanma. Aranızda hansısa müqəddəs bağın olmağı boş söhbətdi. Çünki o müqəddəs bağ həqiqətən də varsa onu birinci dəfə o qırıb. Sağlam mühitə çıxmaq üçün xarabalığı sadəcə tərk et. Bax belə.Elşən bunu deyib getməyə başladı. Arxası mənə tərəf olanda mən cibimdən naqan tapancanı çıxartdım. " hə indi görərik ağıllı kimdir Elşən. Baxarıq kim kimdən üstündür "
Bütün nifrətimi yığaraq tətiyi basdım. Sonra bir də. Birdə, birdə, birdə, birdə, birdə, birdə. Nəhayət anladım ki, silah boşdu. İçində bircə dənə belə olsa güllə yoxdur.
Elşən çevrildi.
- Qocanın mənə ondan tapança aldığını deməyəcəyinimi düşündün? Və mənim o tapançanı nə üçün aldığını təxmin etməyəcəyinimi düşündün? O silahın güllələrini ilk fürsətdə alacağım ağlına gəlmədi mi?Elşən bu qədər ağıllı olmaq məcburiyyətində idimi? Niyə hər işdə məndən bu qədər üstün idi. Niyə indi onun cibindən çıxardığı tapançanın da güllələri boş deyildi?
O sadəcə bir atəş açdı. Sonra birini də. Sonra birini də.
Küləyin üzümə endirdiyi zərbədən yuxudan ayılanda mən Nyu Cersidə idim. Pəncərədən çölə baxıb əlində məşəl tutmuş azadlıq heykəlini görəndə başa düşdüm bunu. Çünki bir çox insanın düşündüyünün əksi olaraq azadlıq heykəli Nyu Yorkda yox bu şəhərə bitişik olan Nyu Cersidə yerləşir. Mən dəbdəbəli bir otaqda açıq pəncərədən içəri vuran küləyin təsiri ilə oyanmışdı. Çünki kresloda üzü pəncərəyə doğru oturmuşdum. İnterlüdia maraqlı olardı.
Elşən tapançasından çıxan güllələr mənim üçün heç də həyati təhlükə daşımırmış. Onlar məni sadəcə dərin yuxuya aparıb. Yuxu vasitəsilə həyatımdan oğurlanan bu iki gündə Elşən bütün lazımi işləri həll edərək, uçuş izni alır və vertolyotu ilə məni bura gətirir. Özünün hansı cəhənnəmə itməsi ilə bağlı heç bir təsəvvürüm yox idi.
Nyu Cersi- Qubernator Frenk Lotenbergin idarə etdiyi paytaxtı Trenton ən iri şəhəri isə Nyu Ark olan Amerika ştatıdır. 17 dekabr 1737 ci ildə yaranan bu ştatın ən maraqlı abidəsi bir çoxlarınızın da təxmin etdiyi kimi məhz azadlıq heykəlidir. Bu nəhəng heykəl deyilənə görə Roma tanriçası Lilitanı təsvir edir. Amerikaya hədiyyə olaraq verilən bu nəhəng heykəlin necə gətirildiyi həmişə mənə maraqlı olub. Bu heykəlin bir əli məşəli qaldırarkən digər əlində ABŞ ın müstəqillik tarixi yazılan kitab var. Hər səhər saat altıda isə tacında Laos Deo yəni Şükür Tanrıya ifadəsi yaranır.
Elşən tərəfindən yerləşdirildiyim otel bu ştatın ən gözəl abidəsinə pəncərədən baxmağa imkan yaradırdı. Mən oteldən çıxanda lobbidə oturmuş gənc oğlan mənə ingiliscə nəsə dedi. Mən onun üzünə gülümsəyərək nömrəmdəki masanın üzərindən tapdığım açarı piştaxtaya qoydum. Onun qapının açarı olub olmadığını bilmək üçün axmaqcasına yoxlamışdım. Məsələ burasındadır ki, mən ingiliscəni demək olar ki, heç bilmirdim. Bəlkə də o oğlan mənə nəsə vacib məlumatı verdi. Amma mən onu başa düşmədim. Sadəcə üzünə gülümsəyərək oteli tərk etdim. Çöldə Amerika bütün ehtişamı ilə qollarını açıb məni qarşıladı. Ətrafda dəbdəbəli göydələnlər ucalırdı. Kinolarda gördüyümüz sarı taksilər yanımdan sağa sola şütüyürdülər. Mağazaların vitrinlərində yanan işıqlar və musiqili küçələr məni öz ovsununa salırdı. Amma bu sehrli qüvvəni mən doya doya yaşaya bilmirdim. Çünki tam olaraq müəmmalar dünyasında idim.
Təsəvvür edin bir gün gözünüzü açıb dilini bilmədiyiniz yad bir ölkədə olduğunuzun fərqinə varırsınız. Cibinizdə bir qəpik belə pul yoxdur. Qalmağa yeriniz heç yoxdur. Bir tanıdığınız insan belə yoxdur. Siz bu vəziyyətdə nə edəcəyinizi bilirsinizmi? Mən bilmirdim.
Və mənim Amerika ilə tanışlığım belə başladı. Amerika macəralarım məni məhv etməyə hazır gələcək kimi gözləyirdi. Bu sonuncu çılğın addım idi. Ən azından mən buna ümid edirdim.
Allah bəlanı versin Elşən.
YOU ARE READING
Mənim qaranlıq dünyam
Mystery / ThrillerBu roman hər kəs üçün deyil. Herman Hessenin diliylə desək "yalnız dəlilər üçün". Və bu həmdə sizin hekayənizdir. Çünki sizin hər birinizdə mən varam. Siz hər güzgüyə baxanda məni görürsünüz.